UNESKO-nun Ümumdünya İrs
Siyahısına düşənlər
3 iyun 1992-ci ildə Azərbaycan UNESKO-ya üzv qəbul edilib. 1996-cı ildə isə UNESKO ilə Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Ümumdünya İrs Komitəsinin ötən il iyulun 4-də keçirilən 43-cü sessiyasında bildirildi ki, hazırda siyahıda 134 ölkədən ümumilikdə 1092 abidə yer alıb. Həmin siyahıda Azərbaycan abidələrinin də adı var. UNESKO-nun Ümumdünya İrs Siyahısına salınan tarixi abidələrimiz xalqımızın maddi-mədəni sərvəti olduğu üçün çox dəyərlidir.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu
Tək Azərbaycan yox, eləcə də dünya tarixində ilk insan məskənlərindən olan Qobustanın bu ali siyahıya salınması üçün Azərbaycan bir neçə dəfə UNESKO-ya müraciət etmişdir. 2004-cü ildə və ondan sonra qurumun xüsusi ekspertlər qrupu Azərbaycana gələrək Qobustanla tanış oldular.
Təbii ki, ekspertlər qrupunun müsbət qiymətini alan Qobustan 2007-ci ildə UNESKO-nun Ümumdünya İrsinin əsas siyahısına salındı. Bir neçə tarixi abidələrimiz də var ki, onlar beynəlxalq qurumun əsas yox, müvəqqəti namizədlər siyahısındadır. Əsas irs siyahısına salınması üçün isə Azərbaycan tərəfindən müraciətlər edilib. İnanırıq ki, həmin abidələr ali qurumun ikinci yox, birinci dərəcəli siyahısında da qərar tutacaq.
Atəşgah
Adı
UNESKO-nun Ümumdünya İrs Siyahısına 1998-ci ildə əlavə
edilib. Yaponiyalı K.Matsuronun
baş direktor seçildiyi konfransda həm
orta əsr Azərbaycan tarixinin,
eləcə də Uzaq Şərqin belə
əsas tarixi obyektlərindən
sayılan Atəşgah (Abşeron
yarımadasının Suraxanı rayonu), həm
də Naxçıvan MR-da olan abidələr
("Gülüstan”qalası, Möminə Xatun,
Yusif ibn Küseyr türbələri)
müvəqqəti namizədlər siyahısına
salındı.
Azərbaycan.-2020.- 19 aprel.- S.7.