Biruşaqlar var...

 

Dünyanı yasa bürüyən bu bəlanı onlara necə izah edək?

 

 

Bəli, bir uşaqlar var...

Gözlərində min-bir cavabsız sual, saysız niyələrin əsiri...

Səsləri küçələrsiz, gülüşləri bağçalarsız, sevincləri dostlarıyla paylaşımsız...

Dünyaları qorxulu, yaşamları oyunsuz, nağılları almasız...

Milyonlarla qüssəli, pərişan uşaq.

 

 

İstəklərinin qarşısına koronavirus adlı bir bəla sədd çəkib

 

 

İndi uşaqların dünyasına kabus çöküb. Küçələrdə, parklarda, bağlarda azadə dolaşmaq, həmyaşıdlarıyla qaçmaq, oynamaq istəyirlər, fəqət...

Bağçaya, məktəbə, sevimli müəllimlərinin görüşünə tələsirlər, lakin...

Onların bu istəklərinin qarşısına koronavirus adlı bir bəla sədd çəkib...

Qəlblərinə qəm-kədər hökm etmək istəyir...

Bilir ki, dünyanın var olması məhz uşaqların sevinci üzərində bərqərar olub.

 

 

 

Həqiqətləri başa düşəcəkləri sadə dildə izah etmək lazımdır

 

 

 

Bəs uşaqları koronavirusun çəngindən necə alaq, sevinc dünyalarına qara bulud kimi çökən bu bəladan necə qoruyaq? Onlara necə dəstək olaq?

Psixoterapevt Orxan Fərəcli deyir ki, uşaqlar bu karantin dövrünün ən həssas təbəqəsidir. Onlara həqiqi məlumatları başa düşəcəkləri sadə dildə izah etmək lazımdır: "Qətiyyən yalan informasiya verməyin. Məktəbə getməməklə evdə qalaraq əslində, bir qəhrəmanlıq etdiklərini, nənə-babalarını qoruduqlarını izah edin. Əmin olun ki, bu, onlara hədsiz maraqlı gələcək. Çoxdandır görmədiyi bağça sinif yoldaşları ilə görüntülü danışmaqlarına şərait yaradın. Uzun müddət televizor qarşısında vaxt keçirməmələrinə nəzarət edin”.

 

 

Böyüklərdən fərqli olaraq...

 

 

Uşaq gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimov bildirir ki, hazırkı dövrdə koronavirus pandemiyası ilə bağlı insanların karantin rejimində yaşaması onlarda bir çox mənfi emosional psixoloji hal vəziyyətlərə gətirib çıxarır.

Bu, xüsusilə psixoloji müdafiə mexanizmi hələ tam formalaşmamış uşaq yeniyetmələr arasında özünü daha qabarıq göstərir: "Böyüklərdən fərqli olaraq onlar daha çox çətin vəziyyətlərdə qalırlar. Uşaqlara, xüsusən məktəbəqədər kiçik məktəb yaşında olan uşaqlara xəstəliklə bağlı informasiya vermək lazımdır. Onların maarifləndirilməsi üçün gərək fantaziyamızı işə salaq”.

A. Kərimov söyləyir ki, ilk növbədə məktəbəqədər kiçik məktəb yaşında olan uşaqlara insan orqanizmi ilə bağlı bilikləri vermək lazımdır. Uşaqlar üçün onların yaş xüsusiyyətləri ilə bağlı kitabçalar var. Kiçikyaşlı uşaqlarda ətrafı tanımağa maraq fəaliyyət özünü göstərdiyi andan valideynlər bu barədə məlumatı əldə etməkdə onlara yardım etməlidirlər. Xarici daxili orqanların tanınması ilə bağlı informasiya şəkilləri, cizgi filmləri, öyrədici çarxları tapmaq elə çətin deyil (O cümlədən karantində olan zaman internet vasitəsilə.).

 

 

Kiçikyaşlı uşaqlara ölüm haqqında danışmaq tezdir

 

 

Psixoloq uşaqlara sağlam xəstə orqanizm-bədənlə əlaqədar məlumatlar da verilməli olduğunu qeyd edir bunu onlara necə izah etməyin yollarını da göstərir. Bu zaman xəstəlik törədicisi olan mikroblar, viruslarla bağlı informasiya nağıllaşdırılmış formada (mənfi obrazlar, gözəgörünməz düşmən ordusu ya cadugər, div) verilə bilər. Mikrob virusların hansı formada insana keçməsi ilə bağlı nağıllar danışmaq olar. Onların qarşısını almaq üçün müsbət obrazlar rolunda vitaminlər, dərmanlar, su damcıları, həkimlər ordusu, maska s. çıxış etməlidir. Sonda mütləq şəkildə nağılda müsbət qəhrəmanlar qalib gəlir. Gözəgörünməz düşmən ordusu isə məğlub olur. Kiçikyaşlı uşaqlara ölüm haqqında danışmaq tezdir. Buna görə onlara yalnız bəzi əlamətlər haqqında danışmaq lazımdır. Öskürək, qızdırma, boğaz ağrısı s.

 

 

 

Bina evində yaşayan uşaqlar isə...

 

 

Karantin dövründə əsas problem uşaqların heç bir yerə çıxmaması ev şəraitində monoton həyat tərzinin necə aradan qaldırılmasıdır. Mütəxəssis deyir ki, onlarla oynamaq, birgə şəkillər çəkmək, cizgi filminə baxmaq, kiçik teatr düzəltmək çox önəmlidir. Həyət evində yaşayanlar təmiz havaya çıxa, yəni təcrid edilmiş həyətdə gəzə oynaya bilərlər. Lakin bina evində bu imkan olmadığı üçün gün ərzində heç olmasa bir dəfə eyvana çıxmaq hava almaq, gün işığına baxmaq lazımdır. Onlayn dərslərdə iştirak etmək, müəllimi digər həmyaşıdları ilə internet vasitəsi ilə ünsiyyət yaratmaq lazımdır.

 

 

Yeniyetmələrin həmyaşıdları ilə ünsiyyət qurmalarına imkan yaratmaq lazımdır

 

 

Bu dövr xüsusilə yeniyetmələr üçün çətindir. Məktəblərin bağlanması, tədbirlərin ləğv olunması, dostlarla ünsiyyətin kəsilməsi onlarda bir çox psixoloji problemlərə gətirib çıxarır. Yeniyetmələr koronavirusun dünyanı bürüməsi ilə bağlı tətbiq olunan karantin rejimlərinə görə üzləşdikləri həyati dəyişikliklər baxımından özlərini narahat, təcrid olunmuş məyus hiss edirlər.

A.Kərimov yuxarıda sadalanan neqativ halların olmaması üçün yeniyetmələrə tövsiyələrini bildirir: "Yeniyetmələrin xüsusilə hazırkı dövrdə həmyaşıdları ilə ünsiyyət qurmalarına imkan yaratmaq lazımdır. Adi günlərdən fərqli olaraq mobil telefonla, sosial şəbəkələrlə əlaqələrinə bir qədər daha çox müddət ayırmaq gərəkdir. Eyni zamanda onlar öz yaradıcılıqlarını, əl işlərini hazırlayıb sosial şəbəkələrdə paylaşa, qruplar yaradıb ünsiyyət qura, bir-birilərinə dəstək ola bilərlər. Valideynlərin onlarla daha çox söhbət etmək, nələrisə müzakirə etmək imkanı yaranıb, bundan istifadə etmək lazımdır”.

 

 

Övladınızın özünü əmin, təhlükəsiz hiss etməsinə şərait yaradın

 

 

Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Uşaqlara koronavirusu necə anladaqadlı məlumatlandırıcı yazısında isə qeyd olunur ki, uşaqlara ehtiyac duyulandan artıq informasiya verməyin, sadəcə onun suallarını cavablandırın özünü əmin, təhlükəsiz hiss etməsinə şərait yaradın.

Övladınız cavabını bilmədiyiniz sual verirsə, yaşına uyğun olaraq onu birlikdə axtarmağı təklif edin. Etibarlı informasiya mənbələrindən (https://cabmin.gov.az/az/category/10/, https://www.who.int/ vəs.) məlumatları oxumağın yolunu göstərin və onları birlikdə oxuyun. Onlarla danışarkən səsinizi sakitpozitiv tonda saxlamağa çalışın. Söhbətinizlə onlara rahatlıq və əminlik verməlisiniz ki, narahat olmasınlar.

Uşaqlara həkimlərin və xəstəxanaların insanları sağaltdığına, alimlərin vaksin hazırlamaq üçün təhqiqatlar apardığına, tezliklə vaksinin tapılacağına inandırın. Bu söhbətlər onlarda həyatda çətin, stressli zamanların bir müddət sonra keçəcəyinə və normal həyatın qayıdacağına inam yaradır, həyata qarşı davamiyyəti formalaşdırır.

Çalışın bu karantin dövründən ən faydalı şəkildə istifadə edəsiniz - övladlarınızla gözəl vaxt keçirin, maraqlı söhbətlər, pozitiv əyləncələr təşkil edinmümkün qədər evdə qalın.

Uşaq psixologiyası incə bir tel üzərində qurulub. Hansısa yanlış informasiya, diqqətsiz davranış, naşı toxunuş tar-mar olmasına, düzəldilməsi çətin problemlərə səbəb olar. Buna görə də bütün dünyanın yaşadığı bu qorxulu və həssas dövrdə xüsusilə uşaqlara diqqət göstərmək, bacardığımız qədər onları bu təhlükədən uzaq tutmaq ən ümdə vəzifəmiz olmalıdır.

Çünki elə gələcək də uşaqlarla gələcək...

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 19 aprel.- S.8.