Birinci
vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian
icmasını təbrik edib
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
özünün “İnstagram” səhifəsində
respublikamızın bütün xristian icmasını Pasxa
bayramı münasibətilə təbrik edib.
“AZƏRTAC”
xəbər verir ki, təbrikdə deyilir:
“Azərbaycanın
bütün xristian icmasını müqəddəs Pasxa
bayramı münasibətilə səmimi-qəlbdən təbrik
edirəm!
Bu əziz
gündə vətəndaşlarımızın
sağlamlığı, xoşbəxt gələcəyi,
ölkəmizin əmin-amanlığı naminə dualar
edilir. Bütün bu dua və diləklərə qoşularaq əmin olduğumu bildirirəm ki, biz bu gün
üzləşdiyimiz çətinliklərin
öhdəsindən xalqımızın
həmrəyliyi, əzmi
və iradəsi sayəsində uğurla gələcəyik! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun
ömür və xoşbəxtlik arzulayıram!”.
Azərbaycan.-2020.-
21 aprel.- S.1.