Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız”

 

Azərbaycan ictimaiyyəti vətəndaşların sağlamlığına və sosial rifahına göstərdiyi yüksək diqqət və qayğıya görə İlham Əliyevə təşəkkürünü bildirir

Azərbaycanda koronavirusla mübarizədə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Başqa bir mühüm məqam ondan ibarətdir ki, respublikamızda karantin günlərində digər çətinliklərin yaranmasına yol verilmədi. Ərzaq təminatı, xüsusən aztəminatlı və işsiz vətəndaşların sosial rifahı kimi məsələlər diqqət mərkəzində saxlanıldı. Ona görə də ölkəmizdə son iki ayda keçirilən bütün sosial tədbirlər, ən əsası bu istiqamətdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, dövlət orqanlarına verdiyi göstəriş və tapşırıqlar ictimaiyyət tərəfindən böyük razılıqla qarşılanır. Bu günlərdə İlham Əliyevin ünvanına gələn təşəkkür məktublarının ardı-arası kəsilmir.

Ağcabədi rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Məhərrəm Dünyamalıyev məktubunda əmin olduğunu bildirir ki, xalqımız bu bəladan tezliklə və az itkilərlə xilas olacaqdır: "Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar isə daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”. Məhərrəm Dünyamalıyev daha sonra yazır: "Biz - məcburi köçkünlər həmişə olduğu kimi, bu çətin günlərdə də kimin kim olduğunu yaxşı görür, müxalifətin pozucu əməllərini və qarayaxmalarını qətiyyətlə pisləyirik. Varlığımız qədər əminəm ki, Sizin rəhbərliyinizlə xalqımız hələ çox uğurlara imza atacaqdır. Sizə bu şərəfli fəaliyyətinizdə cansağlığı və nailiyyətlər arzulayıram”.

Goranboy rayonunun Tatarlı kənd sakini, Milli Qəhrəman anası Gülzar Ocaqverdiyeva dünyanı çənginə alan bəladan Azərbaycanı qoruduğuna, hər bir vətəndaşın probleminə həssas yanaşdığına, aztəminatlı və imtiyazlı ailələrə diqqət və qayğıya görə Prezidentə minnətdarlığını bildirməyi özünə borc hesab edərək yazır: "Mən Milli Qəhrəman anası olaraq Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam. Xalqımız Sizə və Sizinlə birlikdə ölkəmizin taleyini çiyinləri üzərinə götürmüş Mehriban xanıma həmişə minnətdar olacaqdır. Nə yaxşı ki, Siz varsınız. Uca Tanrı Sizi qorusun!”

Valeh Salehov İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədridir. O, məktubunda dövlət başçısına xitabən bildirir ki, Sizin milli köklər üzərində bərqərar olan rəhbərliyiniz sayəsində dövlət bizim hər bir qayğımızı çəkir: "Həyat fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi, pandemiyaya qarşı mübarizədə də Azərbaycanı çox ölkələrdən fərqləndirən Sizin müdrik rəhbərliyiniz, xalqımıza tükənməz sevginiz, ölkəmizin taleyi üçün hamıdan çox məsuliyyət daşımağınızdır. Ölkə iqtisadiyyatının bu acınacaqlı vəziyyətdən minimum itki ilə çıxması üçün Siz ən səmərəli tədbirləri həyata keçirməklə yanaşı, həm də mövcud resursları insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldirsiniz. Fəxr edir, qürur duyurbu çətin anlarda sevinirik ki, rəhbəri olduğunuz və əbədi müstəqilliyə çatmış Azərbaycanın vətəndaşlarıyıq. Pənah Allaha, ümid dövlətimizə və Prezidentimizədir”.

Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov da Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir: "Xalqımızın bütün dünyanı bürümüş koronavirus infeksiyasından qorunması məqsədi ilə qəbul etdiyiniz qərarlar və həyata keçirdiyiniz məqsədyönlü tədbirlər ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da sakinlər tərəfindən, o cümlədən yaşlı nəslin nümayəndələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Sizin bununla əlaqədar xalqa müraciətinizdə etdiyiniz "Biz birlikdə güclüyük!” çağırışınız bütün kateqoriyadan olan insanları bir araya gətirdi. Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir. Yaşı 65-dən yuxarı olan tənha insanlara sosial xidmətlərin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarınız bizim heç də tənha olmadığımızı, SizinBirinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğumuzu nümayiş etdirdi”.

Bakının Qaradağ rayonundan yazan Xəyalə Qurbanova isə gəncləri təmsil edir. Gənc nəslin nümayəndəsi kimi bu məktubu böyük qürur hissi ilə yazan Xəyalə Qurbanova bildirir ki, Prezidentin fəaliyyətini bütün xalqı yüksək qiymətləndirir: "Hələ koronavirus infeksiyasının dünyanı bürümədiyi vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu. Ölkəmizdə koronavirus pandemiyasına qarşı səmərəli tədbirlər görülərək qısa müddət ərzində maska istehsal edən müəssisə yaradıldı, "Yeni klinikatibb müəssisəsi istifadəyə verildi, karantinə alınan insanlar ölkəmizin ən rahatmüasir otellərində yerləşdirildi. Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Sizə təşəkkür edirik, cənab Prezident!”

Bakı şəhəri, Suraxanı rayonundan yazan Abdulla Hüseynov sahibkar fəaliyyəti ilə məşğuldur. "Sizin COVID-19 pandemiyasının makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamınız ölkəmizdəki bütün adamlarının və sahibkarların rəğbətinə səbəb olub”, - deyə o yazır.

Bakının Nərimanov rayonunda yaşayan müharibə, əmək və silahlı qüvvələr veteranları Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyir və ölkəmizdə yaradılan əmin-amanlığa, sabitliyə görə dərin minnətdarlıqlarını bildirirlər. Nərimanov rayonunun müharibə, əmək və silahlı qüvvələr veteranları adından Fatma Səttarova, Qara Sarıyev, İvan Timçenko, Bağır Məlikov, Səfər Abdullayev, Müseyib Cəfərov, Əlikişi CümşüdovTamleyxa Həsənov koronavirusun yayılmaması üçün görülən qabaqlayıcı tədbirlərin bütün xalqımız tərəfindən müsbət qarşılandığını yazırlar: "SizMehriban xanım hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünürsünüz. Sizin bu mövzuda xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhvali-ruhiyyə yaradır, hamımıza böyük mənəvi stimul verir. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz "Biz birlikdə güclüyük!” çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, rayon ərazisində yaşayan yaşlı nəslin nümayəndələrinə, müharibə, əmək və silahlı qüvvələr veteranlarına, imkansız ailələrə Sizin göstərişləriniz və diqqətiniz sayəsində ərzaq yardımları verilmişdir. Biz veteranlara göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanımızın daha da inkişafı naminə gələcək işlərinizdə yeni nailiyyətlər arzulayırıq”.

"Sizin tərəfinizdən koronavirus pandemiyası ilə bağlı görülən bütün tədbirlər, xüsusən bu günlərdə daha çox zəhmət çəkən, fəaliyyət göstərən tibb işçilərinin maaşlarının artırılması bir daha dövlətin hər bir vətəndaşın əməyini vaxtında qiymətləndirməsinin bariz nümunəsidir”. Bunu isə Salyan rayonunun Kürqaraqaşlı kəndinin sakinləri Turanə Abbasova, Mirzağa Vəliyev və Füruzə Həsənova yazırlar. "Çəkdiyiniz bütün zəhmətlərə görə Sizə təşəkkür edirik. Hər zaman çətin məqamlarda ölkə vətəndaşlarının yanında olduğunuzu bir daha sübut etdiniz. Cənab Prezident, əminik ki, xalqımız Sizinlə bu çətinliklərin öhdəsindən gələcək, hazırkı narahat günlərimiz tezliklə tarixin yaddaşına köçəcək və doğma ölkəmizdə həyat yenidən rəhbərliyiniz altında öz axarına düşəcəkdir”, - deyə məktubda bildirilir.

Fərasət Davudov Astaranın Təngərud kəndindən yazır: "Bu çətin günlərdə qəbul etdiyiniz düzgün qərarlara görə Sizə "Çox sağ olun!” deyir, Sizinlə fəxr etdiyimi bildirirəm. Sərhədlərin vaxtında bağlanması, ölkəyə girişin məhdudlaşdırılması itkilərimizi minimuma endirdi. Sahibkarlara dəyən ziyana görə kompensasiyaların verilməsi özəl sektora böyük dəstək oldu. Bu barədə qərarlarınızı alqışlayırıq. İşi olmayan şəxslərə göstərilən maddi dəstək, aztəminatlı ailələrə verilən ərzaq yardımları isə heç kəsin diqqətdən kənarda qalmadığını göstərir”.

Mingəçevirdən Nəriman İsmayılov Prezident İlham Əliyevə səmimi təşəkkürlərini bildirərək yazır ki, vətəndaşların sağlamlığını düşünərək koronavirusla mübarizə sahəsində atdığınız addımları, gördüyünüz tədbirləri izlədikcə Sizə olan rəğbətimiz və sevgimiz daha da artır: "Koronavirusa qarşı qabaqlayıcı tədbirlər görən ölkələrdən biri də Azərbaycandır. İşinizin çox olmasına baxmayaraq, hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir”.

Möhlət İbayev isə Lerik rayonundan yazır. "Bütün dünyada olduğu kimi, ölkəmizdə də yayılan COVID-19 pandemiyasına qarşı apardığınız qətiyyətli mübarizəni alqışlayırıq. Bu virusla mübarizə bir daha göstərir ki, Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. Xalqımızın sağlamlığı Sizin üçün hər şeydən üstündür. Ölkəmizdə virusa qarşı aparılan qətiyyətli mübarizəyə görə şəxsən öz adımdan və Lerik əhalisi adından Sizə dərin minnətdarlığımı bildirirəm. Biz hər zaman Sizinlə fəxr edirik. Biz birlikdə güclüyük! Tanrı Sizi qorusun”, - deyə onun məktubunda bildirilir.

Prezidentə təşəkkürünü bildirən gənclərdən biri də Qəbələ rayonundan Aqil Əzizovdur. Onun məktubunda yazılır: "Hər bir yaxşı və çətin gündə Siz xalqımızın, gənclərin və ahılların yanında olmusunuz. Dünyanı bürümüş COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə verdiyiniz göstərişlər, görülən tədbirlər xalqımız tərəfindən alqışlanır. Bunlara görə Sizə nə qədər təşəkkür etsək, yenə də azdır. SizMehriban xanım Əliyeva xalqımızın arxasında olduğunuz kimi, bizSizi dəstəkləyir və Sizə güvənirik”.

Ağcabədinin Hacıbədəlli kənd sakini Jalə Qurbanlı işsiz kimi birdəfəlik ödəmə aldığı üçün Prezidentə təşəkkür məktubu göndərib. "Xalqa göstərdiyiniz böyük qayğıya görə Sizə təşəkkür edirəm. İşsiz kimi qeydiyyata alındığım üçün mənə 190 manat birdəfəlik ödəmə verildi. Buna görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Xalqımız, dövlətimiz, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə cansağlığı və uzun ömür arzulayıram. Allahdan bu bəlanın tezliklə Azərbaycanımızın və bütün dünyanın başı üzərindən çəkilməsini diləyirik”, - deyə o, məktubunda yazır.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 21 aprel.- S.1;3.