Ermənistanda böyük qorxu: “Dünyanın başı koronavirusa qarışıb, indi savaş başlasa, Azərbaycanı dayandıran olmayacaq

 

İşğalçı ölkədə pandemiyanın yayılması artıq nəzarətdən çıxıb

 

 

Məlumdur ki, Azərbaycan Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 və Su-25 təyyarələrinin cəlb olunması ilə bir neçə gün bundan əvvəl taktiki-uçuş təlimi keçirilib. İndi Ermənistanda bu fonda hesab edilir ki, Azərbaycan təlimləri indiki şəraitdə keçirməklə koronavirusun daha böyük zərbə vurduğu Yerevana açıq mesajlar verir. Məsələ bundadır ki, koronavirus Azərbaycan və Ermənistana fərqli həcmdə zərər vurur.

Azərbaycan iqtisadiyyatı, maliyyə imkanları buna tab gətirməyə imkan verirsə, Ermənistanda vəziyyət fərqlidir. Koronavirus sözün əsl mənasında Ermənistanın çöküşünü daha sürətli hala gətirir. Hətta o da məlumdur ki, Ermənistanda koronavirusun yayılması artıq nəzarətdən çıxıb.

 

 

"Bizi qarşıda əsl iqtisadi fəlakət gözləyir”

 

Ölkənin səhiyyə naziri Arsen Torosyan Ermənistan parlamentinin səhiyyə komitəsinin iclasında çıxışı zamanı faktı etiraf edib: "Deyə bilmərik ki, bizdə koronavirusun yayılması dayanıb. Əgər əvvəllər bir mənbədən 50 yoluxma halı baş verirdisə, indi biz 10 və ya 20 mənbədən 16, 20, bəzən də 30 yoluxma halı ilə qarşılaşırıq. Bu da onu deməyə əsas verir ki, koronavirusun yayılması nəzarətdən çıxıb”.

Elə polittexnoloq Vigen Akopyan da vəziyyətin yaxşı olmadığını bildirib. Qeyd edib ki, indiki halda Ermənistan hakimiyyəti harada olduğuhara getmək istədiyi barədə sistemli anlayışa sahib deyil. O bildirib ki, hakimiyyət nəsə etmək istəyir, qabaqlayıcı tədbirlər görməyə çalışır, amma hazırda situasiya mövcud siyasi kursun əleyhinədir.

Akopyanın sözlərinə görə, ölkədə fövqəladə vəziyyət elan edilib, karantin var, amma vəziyyətə nəzarət mümkün olmur: "İstər insanları evdə saxla, istər saxlama, fərqi yoxdur, bu, anlaşılmaz bir vəziyyətdir. Sistemli mexanizmin olmadığına məmurların açıqlamaları da şahidlik edir. Paşinyan bir söz deyir, komendant başqa söz, səhiyyə naziri isə bir ay öncə tam başqa tərəfdə idi, indi əksinədir və ümumiyyətlə, o, nə vaxt adekvat olub ki! Bu halda Ermənistanın sosial-iqtisadi durumunun daha da ağırlaşması müşahidə olunur. Bir şey aydındır ki, biz itirəcəyik. Biz hələ ən ciddi krizisi hiss etməmişik. Mən o fikirlə tam razıyam ki, bizi qarşıda əsl iqtisadi fəlakət gözləyir”.

Qeyd olunur ki, bu halda ordunun təminatında yaranacaq problemlər Ermənistanın təhlükəsizliyinə də birbaşa təsir edəcək: "Ən çox narahatlıq yaradan məqamlardan biri də Qarabağ münaqişəsi ilə bağlıdır. İndiki halda məsələ hərbi həll müstəvisinə keçsə, problemlər çox olacaq. Azərbaycan yenə güc nümayiş etdirir. Dünyanın başı isə koronavirusa qarışıb və məni narahat edən budur ki, indi savaş başlasa, ona diqqət yetirən, beləliklə də Azərbaycanı dayandıran olmayacaq”.

Bunlar fonunda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın dedikləri də təsadüfi sayılmır. Mnatsakanyan vurğulayır ki, koronavirus Qarabağ konfliktinin həlli prosesinə müəyyən təsir göstərib. O, ATƏT sədrinin şəxsi nümayəndəsinin hazırda monitorinq aparmadığını da bildirib və ölkəsinin proseslərin inkişafı istiqamətindən narahat olduğunu qeyd edib.

 

 

Ermənilər qorxu içərisindədirlər

 

 

Daha bir erməni ekspert Alen Qulyan da eyni mövqe sərgiləyir. O xatırladır ki, Azərbaycan Silahlı Qüvvələri cəbhə xətti yaxınlığında yerləşən təlim sahələrində 3-4 gün ərzində hərbi təlimlər keçiriblər. Ekspert qeyd edib ki, əvvəllər snayper təlimləri keçirirdilərsə, indi artıq artilleriya, tanklaraviasiya tətbiq edirlər: "Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti tərəfindən yayılmış məlumatlardan məlum olub ki, aprelin 9-da T-90 tankları, D-20, D-30 və "Qiatsint-B” özüyeriyən haubitsaları ilə təlimlər keçiblər. Bundan başqa, aprelin 9-da hərbi aviasiya da tətbiq ediblər.

Azərbaycanlı hərbi jurnalistlər və cəbhə xəttində yaşayan istifadəçilər yazırlar ki, təyyarələr cəbhə xəttinə yaxın ərazidə də uçuşlar edib. Onların sözlərinə görə, Tərtər rayonundan Füzuli rayonuna qədər uçuşlar edilib. Az əvvəl Azərbaycan tərəfindən məlumat yayılıb ki, aprelin 10-da "Smerç” yaylımatəşli reaktiv sistemləri ilə döyüşatışlı təlimlər keçirilib. Bunlar olduqca narahatedicidir və Azərbaycanın güc variantından imtina etmədiyini bir daha təsdiq edir”.

Daha bir erməni siyasi ekspert Hayk Xaçikyan da savaşı istisna etmir: "İnternetdə məlumat yayılıb ki, Azərbaycan Silahlı Qüvvələri cəbhə xətti yaxınlığında yerləşən təlim sahələrində hərbi təlimlər keçiriblər. Xüsusən də cəbhə xətti yaxınlığındakı uçuşlar indi daha çox diqqəti cəlb edir.

Əlbəttə, Azərbaycan Müdafiə Nazirliyi təlim uçuşları həyata keçirdiklərini bildirib, bənzər şeylər mütəmadi olaraq edilir. "Smerçin tətbiq olunması ilə bağlı deyə bilərəm ki, son günlərdə mənə "Smerçin cəlb olunmasının yalnız bir halı məlumdur, o da Naxçıvanda. İndi genişmiqyaslı hərbi təlim deyil, lakin Azərbaycan vəziyyəti bir neçə saat ərzində 180 dərəcə dəyişə bilər. Bax bu da çox narahatedicidir. Xüsusən də koronavirusun Ermənistana vurduğu zərərlər fonunda ordunun təminatında problemlərin artdığı bir vaxtda”.

 

 

Ermənistan koronavirusla bağlı həqiqətləri gizlədir

 

 

Bütün bu qeyd edilənlər fonunda daha bir maraqlı açıqlama da rusiyalı siyasi ekspert Denis Korkodinovdan gəlib. O bildirir ki, Yerevan həqiqətən də çətin bir durumdadır və qonşu ölkələrlə münaqişə şəraitində olan Ermənistan koronavirusla bağlı vəziyyəti saxtalaşdırmağa məcburdur. Onun sözlərinə görə, koronavirusla bağlı obyektiv informasiya Ermənistanın potensial düşmənləri tərəfindən hücum üçün real bəhanə kimi istifadə edilə bilər: "Bununla bağlı Ermənistan baş naziri Nikol Paşinyanonun ətrafı ilk növbədə dövlət təhlükəsizliyi üçün beynəlxalq ictimaiyyətin neqativ epidemioloji situasiya haqqında doğru məlumatları əldə etməsində maraqlı deyil. Bununla bərabər, Ermənistan həqiqəti gizlədərək, bu gün koronavirusun yayıldığı Yəmən, Suriyaİraq kimi ölkələrdən fərqlənmir. Məsələn, Yəmən Ali Siyasi Şurasının liderləri bilərəkdən koronavirusla bağlı informasiyanı gizlədirlər ki, bundan koalisiya qüvvələri husilərə genişmiqyaslı hücumlar üçün istifadə etməsin. Yekunda Ümumdünya Səhiyyə Təşkilatı üçün koronavirusun Yəmənə toxunmadığı görüntüsü yaradılır”.

Beləliklə, erməni rəhbərliyinin real epidemioloji vəziyyət barədə informasiyanı gizlətməsində qeyri-adi heç nə yoxdur. Yerevan Bakının bu informasiyanı Qarabağı azad etməklə bağlı şəxsi planlarını reallaşdırmaq üçün istifadə edəcəyindən qorxur.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 21 aprel.- S.4.