Ekoloji təmiz məhsul - insanlar üçün sağlamlıq, dövlət üçün gəlir

 

2019-cu ilin statistikasına görə, Azərbaycanda əhalinin təxminən 47 faizi kənd yerlərində yaşayır və məşğulluğun 36 faizi kənd təsərrüfatının hesabına təmin edilir. Məhsuldar torpaqların, su bolluğunun və 9 iqlim qurşağının olması güclü kənd təsərrüfatı sektoru üçün gözəl zəmin yaratmasına baxmayaraq, ölkəmiz bir sıra qida məhsullarının idxalçısıdır. Dövlətimizin aqrar siyasətində əsas diqqət əlavə dəyərli bitkiçilik (alma, nar, zeytunzeytun yağı, fındıq, kələm, noxud) və heyvandarlıq (süd, qoyunmal əti) məhsullarına yönəldilmişdir. Məhsulların ixracı daha çox qonşu ölkələrin bazarlarına yönəlsə də, bəzi gec xarab olan məhsullar daha uzaq yerlərə ixrac edilir.

Azərbaycanda orqanik məhsulların istehsalı və ixracı üçün geniş imkanlar var. Hətta müəyyən qiymət artımı ilə daha mürəkkəb bazarlara çıxmaq imkanları da mövcuddur. Bunun üçün ölkə həm uyğun ekoloji şəraitə, həm də təbii sərvətlərə malikdir. "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji yol xəritəsi”nin 4.2-ci bəndində deyilir: "Ölkədə tətbiq edilən ənənəvi istehsal metodlarına əlavə olaraq, nəzərdə tutulmuş əsas bitkiçilik məhsullarının orqanik təsərrüfat metodları əsasında yetişdirilməsi dövlətin tənzimləmə standartları əsasında təşviq ediləcəkdir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində yaranan istehsalçıların dəyər zənciri boyunca yüksək dəyər gətirən sahələrdə fəal iştirakı təmin ediləcəkdir”.

Ölkəmizdə ekoloji təmiz məhsul istehsalı ilə bağlı müvafiq qanunvericilik aktlarının olması müsbət haldır. Lakin bu hüquqi bazadan əhatəli istifadə olunmur. Orqanik məhsullar istehsalı ilə bağlı dolğun məlumat bazası formalaşmır. Kənd təsərrüfatı sektoru üzrə əsas statistik məlumatlar ümumi məlumatlardır.

"Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları haqqında” Nazirlər Kabinetinin 30 avqust 2010-cu il tarixli qərarında Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və AMEA tərəfindən icra ediləcək vəzifələr təyin edilmişdir. Bu qurumların səlahiyyətləri daxilində orqanik kənd təsərrüfatının hüquqifiziki inkişafını dəstəkləyən prioritet vəzifələr göstərilmişdir. Bunlar ətraf mühitin və torpaqların analizi vasitəsilə münasib sahələrin müəyyən edilməsi və prinsiplərin təyin edilməsi, torpaqların çirklənməsinin qarşısının alınması və münbitliyin yaxşılaşdırılması, elmi nəticələr əsasında orqanik kənd təsərrüfatına münasib olan əkin dövriyyəsinin və idarəetmə proqramlarının hazırlanmasıdır. Buraya eləcə də ziyanvericilərin, alaqların və xəstəliklərin idarə edilməsi üçün bioloji, mexanikiaqrotexniki üsulların, bitki qalıqları və heyvan tullantılarının köməyi ilə torpağın münbitliyini artırmaq üçün texnologiyaların hazırlanması, orqanik məhsulların istehsalı, saxlanması və emalı üçün texnologiyaların təkmilləşdirilməsi daxildir.

Sənəddə həmçinin bioloji fəaliyyətlər vasitəsi ilə torpaqsu ehtiyatlarının qorunması üçün qaydaların işlənib hazırlanması, orqanik gübrələrin və kompostların hazırlanması üçün istifadə olunan texnologiyalara dair təlimlərin təşkil edilməsi, orqanik quşçuluqakvakultura istehsalı üçün texnologiyaların təşkil olunması və icra edilməsi, habelə digər tədbirlər nəzərdə tutulmuşdur.

Bu qaydaların təsdiqlənməsindən 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq, sözügedən sahədə çox məhdud sayda fəaliyyətlərin mövcud olduğunu müşahidə edirik.

Orqanik məhsul sadəcə kənd təsərrüfatı məhsulu deyildir, bu eyni zamanda emal edilmiş məhsullardan da ibarətdir.

Bir sıra ölkələrin təcrübəsi göstərir ki, xüsusi dəstək və subsidiyalar hesabına bir çox fermerlər orqanik kənd təsərrüfatına keçmək və bu sahədə istehsalı davam etdirmək imkanı qazanıblar. Azərbaycanda yanacaq və kimyəvi gübrələr üçün subsidiyalar verilsə də, biohumus alınması ilə bağlı sonradan göstərilən dəstəyi nəzərə almasaq, orqanik məhsulların istehsalı, yaxud gətirilməsi üçün xüsusi subsidiya mövcud deyil. Bu səbəbdən orqanik məhsulların istehsalını artırmaq üçün xüsusi subsidiyaların verilməsi zərurətdir. İcra edilməli olan digər bir isə fermerlərə təlimlərin keçirilməsi ilə bağlıdır. Fikrimizcə, hökumətin qeyri-hökumət təşkilatları ilə birlikdə hər bir rayonda orqanik məhsullar üzrə ekspert qrupları yaratması faydalı olar. "Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları” İctimai Birliyi bu sahədə böyük təcrübəyə malikdir və dövlət qurumları ilə daha sıx əməkdaşlıq etməyə hazırdır.

Azərbaycanda istehsal edilən və orqanik kimi sertifikatlaşdırılmış əsas məhsullar qızılgül yağı, nar, xurma, fındıq və yabanı toplanmış meyvələr, giləmeyvələr, habelə müalicəvi və ətirli bitkilərdir. Yeganə orqanik heyvandarlıq məhsulu isə baldır. Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının dadı və ətri misilsizdir. Biz bu potensialdan istifadə edərək orqanik kənd təsərrüfatını dayanıqlı bir sahəyə, qeyri-neft gəlirlərinin əhəmiyyətli mənbəyinə çevirməliyik.

Hazırda ölkədə yabanı məhsulların yığımı ilə yanaşı, dənli bitkilərin, mülayim, subtropiktropik iqlim meyvələrinin, üzümün, zeytunun, yağlı və zülallı bitkilərin, tərəvəzin və balın "orqanikkimi sertifikatlaşdırılmış istehsalı mövcuddur. Azərbaycanda orqanik məhsul istehsalçıları ilk olaraq vəhşi təbiət guşələrinin orqanik kimi sertifikatlaşdırılması və orada əsasən ixrac üçün yabanı meyvə və giləmeyvələrin, müalicəvi və ətirli bitkilərin, qoz-fındığın yığımı ilə orqanik istehsal təşəbbüsünə başlayıblar.

Ölkəmizdə sertifikasiyalı orqanik məhsullar istehsal edilir, əsasən Avropa ölkələrinə və ABŞ-a satılır. Orqanik nar məhsulları, meyvə şirələri, müalicəvi və ətirli bitkilər, fındıq əsasən ixrac bazarlarına yönəldilir. Yerli bazarı orqanik məhsullarla təchiz etmək üçün yumurta, süd, ət və onlardan alınan digər məhsullar daxil olmaqla geniş çeşiddə ərzaq istehsal edilməlidir. Buğda, meyvə və tərəvəz kimi əsas ərzaq məhsullarına prioritet sahə kimi diqqət yetirilməlidir.

Bütün dünyada orqanik kənd təsərrüfatı torpaqları kimi tanınan torpaqlarda Azərbaycanın payı 0,05, Asiya qitəsinin isə 0,216 faiz təşkil edir. Orqanik torpaqlara keçid müddəti təxminən 2-3 il çəkir. Bunu nəzərə alaraq bir çox dənli bitkilərdə və meyvə-tərəvəzdə ölkənin artan potensialını proqnozlaşdırmaq olar. Müvafiq statistik məlumatlar olmasa da, müəyyən edilmişdir ki, Azərbaycanın orqanik heyvandarlıqda, xüsusilə iri və xırda buynuzlu heyvandarlıqda, eləcə də quşçuluq və arıçılıqda böyük potensialı var.

Ekspertlər Azərbaycanda istehsal olunan ətin unikal dadını vurğulayır və qeyd edirlər ki, bunun səbəbi ölkədəki otlaq və örüşlərin bir çox ot növlərindən ibarət olması, onların kimyəvi maddələrlə, sənaye tullantıları ilə çirklənməyə məruz qalmamasıdır. Bundan əlavə, südçülük və arıçılıq məhsulları, habelə yabanı bitkilərdə Azərbaycanın təbii potensialı ümidvericidir. Azərbaycan meşələrlə və təbii bitki örtüyü ilə zəngin ölkədir. Odur ki, ərazilərimizdə qarpız, bal, nar, şabalıd, fındıq, xurma, qoz, kartof yetişdirilirbunlar heç bir süni müdaxilələr görmədən istehsal oluna bilir. Bu sahələrin bəzilərinin yüksək məhsuldarlığına görə seçilərək orqanik torpaqlara keçirilib sertifikasiya edilməsi mümkündür.

Orqanik məhsullara olan tələbat o zaman yüksəlir ki, istehlakçıların istəkləri onların sağlamlıq və ətraf mühit haqqında məlumatlılığı ilə paralel şəkildə inkişaf etmiş olur. Bütün dünyada istehlakçıların orqanik ərzaq alması daha çox sağlamlıq məsələləri ilə bağlıdır. Bu baxımdan uşaqlı ailələr, hamilə qadınlar və sağlamlıqla bağlı problemləri olan yetkin şəxslər orqanik məhsulların birnömrəli istehlakçılarıdır.

İnsanların təhsil və gəlir səviyyəsi artdıqca, onların orqanik məhsullara olan marağı da artır. Bunu nəzərə alaraq yaxın gələcəkdə xüsusilə orqanik qida məhsullarına olan tələbatın artacağı gözlənilir. Son günlər dünyada baş verən pandemiya bir daha sübut edir ki, sağlam, təbii və orqanik qidalanma sahəsinin inkişafı sadəcə olaraq iqtisadi deyil, eyni zamanda bir siyasi zərurətdir.

Hazırda Azərbaycanda orqanik məhsullar əsasən əcnəbilər, hotel şəbəkələri, eləcə də yüksək gəlirli və təhsilli ailələr tərəfindən istehlak olunur. Orqanik məhsullar ənənəvi məhsullarla müqayisədə kifayət qədər bahadır. Bu bazarı genişləndirmək və məhsulları aşağı gəlirli istehlakçılar üçün də əlçatan etmək məqsədilə əlavə rüsumlar aradan qaldırılmalı və qiymətlər mümkün qədər aşağı salınmalıdır. Bir sıra supermarketlərdə orqanik məhsullar ümumiyyətlə yoxdur. Digərlərində isə bəzi idxal olunmuş orqanik məhsullar satılsa da, bunlar da ayrıca rəflərdə deyil, qeyri-orqanik mallarla qarışıq şəkildə təklif olunur. Azərbaycanlı istehlakçıların çoxu "orqanik məhsullar” anlayışı ilə tanışdır və bu məhsulların təbii yolla istehsal edildiyinə, tam sağlam olduğuna inanırlar. Bu məhsullar sertifikatsız olsa da, istehsalçı, emal edən, ticarətçi və vasitəçilər arasında qarşılıqlı etimad mövcuddur.

 

Emin ƏLİYEV,

"Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin sədri

Azərbaycan.-2020.- 21 aprel.- S.7.