Yeni Azərbaycan Partiyasında qanvermə aksiyası keçirilib

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışına Yeni Azərbaycan Partiyası da qoşulub.

AZƏRTAC xəbər verir ki, aprelin 21-də təşkilatın icra katibliyində irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara yardım etmək məqsədilə qanvermə aksiyası keçirilib. Aksiyada təşkilatın 40-dan çox gənc üzvü könüllü olaraq iştirak edib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası koronavirus pandemiyası dövründə bir sıra aksiyalar keçirib. Bugünkü qanvermə aksiyası da həmin tədbirlərdən biridir.

 

Azərbaycan.-2020.- 22 aprel.- S.4.