Paşinyanla kilsənin
savaşı böyüyür
Yerevanda artıq katolikosun istefası tələb olunur
Ermənistanda hakimiyyətlə kilsə
qarşıdurmasının getdikcə dərinləşməsi
müşahidə olunur. Bu hal Ermənistan katolikosu II Qareginin sabiq prezident Robert Koçaryana azadlıq tələb etməsindən
sonra yenidən aktuallaşıb.
Xatırladaq ki, bu günlərdə Qaregin erməni mediasına açıqlamasında Robert Koçaryan
barəsində həbs-qətimkan
tədbirinin dəyişdirilməsinin
zəruriliyini bildirib:
"Ermənistanın ikinci
prezidenti Koçaryana
gəldikdə, həkimlərin
onun sağlamlığı
ilə bağlı peşəkar fikirlərinə
toxunaraq, ədalət
mühakiməsinin həyata
keçirilməsi ilə
yanaşı bütün
qabaqlayıcı üsul
və tədbirlərin
görülməsini, o cümlədən
vəziyyətin daha da gərginləşməməsi
üçün ehtiyat
tədbirinin dəyişdirilməsini
vacib sayırıq”.
Kilsəyə qarşı informasiya
hücumu
Katolikosun bu açıqlaması Ermənistan hakimiyyətinin
xoşuna gəlmədi
və gözlənildiyi
kimi, Nikol Paşinyan komandası informasiya hücumu təşkil etdi. Müxtəlif hökumət rəsmiləri
katolikosu qınayan açıqlamalar verdilər.
Ermənistan parlamentinin
vitse-spikeri Alen Simonyan hətta bildirdi ki, minlərlə
Ermənistan vətəndaşı
artıq çoxdan katolikosun dəyişdirilməsini
tələb edir:
"Mən deyərdim
ki, Ermənistanın minlərlə vətəndaşı
artıq çoxdan katolikosun dəyişdirilməsini
tələb edir. Düşünürəm ki, Qaregin illərlə səssiz qalıb, bu gün isə pulu bol olan
Koçaryanın ilkin
həbsinin dəyişdirilməsinin
zəmanətçisi kimi
çıxış etmək
qərarına gəlib”.
Ermənistan parlamentinin keçmiş
deputatı Lilit Qalstyan ermənilərin katolikosu ətrafında baş verən hadisələri şərh
edərkən deyib ki, bu hal
yeni qarşıdurmaya
rəvac verir: "Hətta dərindən düşünəndə dəhşətə
gəlirsən. Milli institutlarımıza
qarşı bu amansız və utanmaz hücum, dinsizlərin hücumu deyərdim, ilk gündən
başlayıb. Bütün milli
institutları hədəfə
alırlar. Bunlar ən
vacib milli, dövlət dirəkləri
olan ailə, kilsə, milli mədəniyyət və
ordudur. Kimliyimizi
gücləndirən dəyərləri
hədəfə alan, ləkələyən,
məhv edən siyasi texnologiyaları görmək çətin
deyil. Vehapar və kilsə
bu sıradadır”.
"Koronavirus kilsəyə revanş üçün
yaxşı bəhanə
olub”
Rusiyanın "lenta.ru” saytı yazır ki, əslində, hökumətlə kilsə
arasında yaşananların
dinlə əlaqəsi
yoxdur. Belə ki, Paşinyanın
hakimiyyətə gəlməsindən
sonra hökumət kilsənin zənginliyinin səbəblərini araşdırmağa
başlayıb, məktəblərdən
dini yığışdırıb
və ateistlər üçün dövlət
vəzifələrini açıq
elan edib. Hətta Eçmiədzinə
belə ateist qadın rəhbər gətirilib ki, bu da kilsəni
qəzəbləndirib: "Koronavirus kilsəyə revanş üçün
yaxşı bəhanə
olub. Bütün dünyada həkimlər,
virusoloqlar koronavirus tapmacası üzərində
baş sındırdığı
zaman Ermənistanda dindarların səyləri
ilə buna "çarə” dərhal tapılıb. İnsanları virusun həddən artıq təhlükəli
olmadığına, ondan
kompüterdə iki düyməni sıxmaqla azad olmağın mümkün olduğuna inandıra biliblər.
Məsələn, erməni kilsələrindən
birinin "Facebook” səhifəsində buxur tüstüsünün mikrobların
havada, suda və orqanizmdə artmasının qarşısını
aldığına və
bütün virusları
məhv etdiyinə dair saxta elmi
dezinformasiya paylaşılıb. Bunun mənasının
nə olduğu aydındır. Erməni Apostol
Kilsəsinin Ararat Yeparxiyasının
rəsmi saytında buxurun təkcə kilsədən alınmasına
dair tapşırıq
var”.
Fövqəladə hal ölkədə kilsənin təbliğatını
artırıb. Hətta vəziyyət o həddə
çatıb ki, keşişlər koronavirusun
ya psixoloji hal olduğunu, ya da tanrının
cəzası olduğunu
təbliğ etməyə
başlayıblar. Təbliğat
o qədər yüksəlib
ki, hətta sosial şəbəkələrdəki
az baxışa
sahib olan dini səhifələr də bir neçə dəfə yüksəlib.
Bununla əlaqədar olaraq ölkədə dini xurafat həddən ziyadə artıb.
Rus portalı
həmçinin hökumətin
də öz maraqları üçün
koronavirusa ilk gündən
əhəmiyyət vermədiyini
bildirir. Hətta Paşinyan əsl
koronavirusun dövlət
orqanizmini zəhərləyənlərdən
olduğunu deyərək,
öz hakimiyyətini gücləndirmək üçün
israrla referendum təşviqatını
aparıb. Fevralın 26-da səhiyyə naziri Arsen Torosyan belə koronavirusun ciddi bir şey
olmadığını söyləyib.
Amma epidemiya özünü çox gözlətməyib
və bir neçə gün sonra koronavirusa qeyri-ciddi yanaşan hakimiyyət mövqeyini
180 dərəcə dəyişməyə
məcbur olub. Kilsə də bundan hökumətə qarşı
istifadə edir.
Rahiblərin cinayətə cəlb
olunması tapşırığı
verilib
Paşinyan və komandası kilsə rəhbərliyini dəyişdirmək planlarını yenidən işə salıb. Artıq Paşinyanın ailəsinə aid "Aykakan Jamanak” belə bir yazı ilə çıxış edib ki, Paşinyan Koçaryanın azadlığını tələb edənləri bağışlamayacaq. Bu xüsusda Paşinyan hüquq mühafizə orqanlarının rəhbərlərini yanına dəvət edərək, kilsənin rahiblərini cinayətə cəlb etmək üçün hər cür səy göstərmələrini tapşırıb. Bundan başqa, hakimiyyət nəzarəti altında olan media vasitələrinə ləkələyici faktlar əsasında kilsəyə qarşı hücuma keçmək tapşırığı verilib.
Artıq Milli Təhlükəsizlik Xidmətinin İstintaq departamenti kilsənin yeparxiyasından birinin rəhbərinə qarşı ittiham irəli sürüb. Söhbət Ararat Patriarxal Yeparxiyasının lideri Navasard Kçoyandan gedir.
"Politik.am” nəşri yazır ki, Ermənistan hökuməti öz qarşısına kilsə ilə aparılacaq belə bir siyasəti əsas qoyubsa, bu, olduqca ibtidai və işləməyən bir tezisdir: "Əslində, hökumətin hədəf aldığı qurumun rolundan və əhəmiyyətindən bir an ayrılsaq, hakimiyyətin təsadüfən qorxularını dilə gətirdiyinin şahidi olarıq. Koçaryanı azadlıqda görmək Paşinyan administrasiyasının demək olar ki, ən böyük qorxusudur və hakimiyyəti hərəkətlərinə nəzarətetmə ampluasından çıxara biləcək gücə malikdir. II Qaregin şəxsiyyətinə müsbət və ya mənfi münasibətindən, dini etiqadından asılı olmayaraq Paşinyanın sırf siyasi cəhətdən ən böyük qorxusu, daha doğrusu, hazırkı baş nazirin ən çox nədən qorxduğu amil ortaya çıxdı”.
Beləliklə, indiki durumda kilsə də Paşinyanın hakimiyyətini tam qəbul etmir. Bu da qarşıdurmanı şiddətləndirir.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 23 aprel.- S.1;6.