Reytinq yüksəlir,
nüfuz artır
Beynəlxalq təşkilatlar qlobal böhran
dövründə də Prezident İlham Əliyevin
reallaşdırdığı kompleks
islahatları yüksək qiymətləndirirlər
2020-ci il dünya iqtisadiyyatı üçün o qədər də uğurlu il olmayacaq. Həm qlobal pandemiya ilə mübarizə, həm də neftin qiymətinin kəskin düşməsi bunu şərtləndirən mühüm amillərdir. Artıq 4 aydır ki, dünyanın əksər dövlətləri koronavirus pandemiyası ilə mübarizə aparmaqdadır. Dünyanın bu bəladan nə zaman qurtulacağı da bəlli deyil. Maraqlıdır ki, infeksiya daha çox inkişaf etmiş ölkələrdə ciddi problemlər yaradır. Avropanın böyük dövlətlərinin səhiyyə sistemi demək olar ki, çöküb. Əlbəttə ki, bu durum qarşıdakı illərdə ölkə iqtisadiyyatına ciddi mənfi təsirlərini göstərəcək.
İnsan sağlamlığı və makroiqtisadi sabitliyin qorunması
Azərbaycan da hazırda qlobal pandemiya ilə mübarizə aparmaqdadır. Ancaq vaxtında görülən
qabaqlayıcı tədbirlər
bu gün öz nəticəsini göstərir. Ölkədə karantin rejiminin elan edilməsi ilə dövlət həm insan sağlamlığının, həm
də makroiqtisadi sabitliyin qorunmasını təmin edir. Karantin rejimi ilə əlaqədar olaraq dövlət və özəl müəssisələrin
fəaliyyətinin müvəqqəti
dayandırılması da
insanların sosial rifah halına mənfi təsir göstərməyib.
Çünki hər zaman müdrik və qətiyyətli qərarları
ilə xalqın rifahının yüksəlməsi
naminə sosial-iqtisadi
paketlər qəbul edən Prezident İlham Əliyev qlobal pandemiya dövründə daha böyük və genişmiqyaslı iqtisadi-sosial
paketini təqdim edərək hər kəsi sevindirdi. Maliyyə
həcmi 3-3,5 milyard manat olan
bu paket əsasında dövlət
dəstəyi proqramları
hazırlandı və
işləməyən vətəndaşlara,
aztəminatlı ailələrə,
sahibkarlara maddi yardımlar edildi. Bu gün də proses davam etməkdədir.
Əlbəttə ki, bu, Prezident
İlham Əliyevin davamlı iqtisadi islahatlarının, dövlətin
qüdrətinin göstəricisidir. Onu da nəzərə almalıyıq
ki, dövlət bu yardımları heç bir beynəlxalq təşkilatdan
kredit almadan həyata keçirir.
Əvəzində qlobal böhranla
mübarizədə Ümumdünya
Səhiyyə Təşkilatına
da maliyyə yardımı ayırır.
Qlobal pandemiya
dövründə sosial-iqtisadi
uğurlar
Təbii ki, pandemiya iqtisadiyyatın
bir çox sahələrini qeyri-müəyyən
müddətdə iflic
edib, qlobal istehlakı daraldıb, nəticədə dünya
iqtisadiyyatına və
ticarətinə ağır
zərbə vurulub, qlobal iqtisadi böhranın ilkin əlamətləri yaranıb. Lakin qlobal böhrandan az itki ilə çıxmaq üçün qabaqlayıcı
tədbirlər görən
dövlətlər daxili
makroiqtisadi sabitliyi qoruya biliblər.
Yəni ilin əvvəlindən bu günədək keçən dövrdə
iqtisadi sektorda uğurlar əldə edən ölkələr
o qədər də çox deyil. Ancaq ölkəmizin
3 aylıq sosial-iqtisadi
göstəricilərinə nəzər yetirsək, o zaman qlobal pandemiya
dövründə müxtəlif
sahələr üzrə
yüksəlişin də
şahidi olarıq.
Təkcə 3 ayda ümumi daxili məhsul 1,1 faiz, qeyri-neft sektoru 3 faiz, qeyri-neft sənaye sektoru 23 faiz, informasiya-kommunikasiya texnologiyalar
18 faiz, dağ-mədən
sənayesi 12 faiz, kənd təsərrüfatı
3,7 faiz, elektrik enerjisi, qaz-buxar istehsalı 17 faiz, yük daşımaları
7,2 faiz artıb. Həmçinin vergi və gömrük orqanlarından
əlavə daxilolma
310 milyon manat təşkil edib. Bu dövrdə orta aylıq əməkhaqqı
28 faiz, orta pensiya 27 faiz artıb, orta pensiya 295 manat, yaşa görə pensiya isə 330 manata yaxındır.
Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün
sosial-iqtisadi yekunlarına
həsr olunan müşavirədə də
dövlət başçısı
yanvar-mart aylarının
sosial-iqtisadi göstəricilərini
yüksək qiymətləndirib. Çünki bu müddətdə həyata keçirilən
sosial-iqtisadi islahatlar sayəsində qeyri-neft sektorunun yüksəlişinə,
infrastrukturun müasirləşdirilməsinə,
neft amilindən asılılığın azaldılmasına,
sahibkarlığın inkişafına
və güclü insan kapitalının formalaşdırılmasına xidmət
edən mühüm addımlar atılıb.
Azərbaycan bütün reytinqlərdə yüksəlişdədir
Son vaxtlar aparılan islahatlar nəticəsində Azərbaycanda biznes mühiti böyük dərəcədə yaxşılaşıb. Bunu bir neçə mötəbər beynəlxalq təşkilat da qeyd edir. Mart ayında dünyanın ən böyük beyin mərkəzlərindən biri olan "Heritage Foundation” tərəfindən hazırlanan "İqtisadi Azadlıq İndeksi 2020” hesabatında Azərbaycan 16 pillə irəliləyərək 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb.
Azərbaycan
builki hesabatda Asiya-Sakit Okean regionu ölkələri
sırasından çıxarılaraq Avropa regionuna daxil
edilib, iqtisadi azadlıq dərəcəsinə görə
dünya üzrə orta göstəricidən (61.6) yuxarı,
regional göstəricidən isə cəmi 0,5 bal ilə geri nəticə
göstərib. Həmçinin "İqtisadi
Azadlıq İndeksi 2020” üzrə Avropa regionunda 45 ölkə
arasında 24-cü yerdə qərarlaşıb və regionda ən çox irəliləyən
ölkələr arasında birinci yerdədir.
Bundan əlavə, sözügedən indeks üzrə Azərbaycan Polşa,
Belçika, İspaniya,
Fransa, Türkiyə, İtaliya
və bu kimi ölkələr
ilə müqayisədə ön
sıralarda yer tutub.
Bundan
əlavə, son iki ildə iki kredit reytinq agentliyi "Standard
& Poor's” və "Fitch” təşkilatlarının
hesabatlarında Azərbaycanın kredit reytinqi yüksəlib.
Dünya
Bankı, Davos İqtisadi Forumu və ABŞ-ın İrs
Fondunun son hesabatlarında Azərbaycanın mövqeyinin
yaxşılaşması bir daha onu deməyə əsas verir
ki, dünyanın reytinq tərtib edən bütün mötəbər
qurumları Prezident İlham Əliyevin rəhbərliyi ilə
aparılan iqtisadi islahatların real nəticələrini qəbul
edir və Azərbaycanı MDB-də ən islahatçı
ölkə kimi təsbit edirlər. Beynəlxalq təşkilatların
reytinqləri cənab İlham Əliyev tərəfindən
həyata keçirilən məqsədyönlü, kompleks və köklü iqtisadi islahatlara verilən
beynəlxalq qiymətdir. Bütün bunlar Azərbaycanın güclü
ölkə kimi beynəlxalq aləmdə nüfuzunu günbəgün artırır.
Azərbaycan.-2020.- 24 aprel.- S.1.