Azərbaycan
Respublikası Prezidentinin “Yerin
təki haqqında” Azərbaycan Respublikası Qanununun
icrasının təmin edilməsi barədə” 1999-cu il 13 fevral tarixli
102 nömrəli, “Torpaq icarəsi
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” 1999-cu il
12 mart tarixli 116
nömrəli və “Faydalı qazıntı ehtiyatlarının
təsdiq edilməsi və silinməsi Qaydalarının təsdiq
edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 973 nömrəli
fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Dövlət Mineral Xammal
Ehtiyatlarından İstifadə
Agentliyinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 13
fevral tarixli 102 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 2, maddə 85; 2003, ¹ 10, maddələr 546, 582; 2007, ¹ 8, maddə
769; 2008, ¹ 3, maddə 174, ¹ 8, maddə 719, ¹ 9, maddə
798; 2014, ¹ 2, maddə 112) ilə
təsdiq edilmiş
"İstifadəyə verilən
yer təki sahələri haqqında geoloji informasiyanın və faydalı qazıntı ehtiyatlarının
dövlət geoloji ekspertizasının keçirilməsi
Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1.1.
1.6-cı bəndin birinci
cümləsində "Azərbaycan
Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
Faydalı qazıntı
ehtiyatları üzrə
komissiyası (bundan sonra "Faydalı qazıntı ehtiyatları
üzrə komissiya” adlandırılacaq)” sözləri
"Dövlət Mineral Xammal
Ehtiyatlarından İstifadə
Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
1.2.
5.1-ci, 5.2-ci, 5.5-ci, 5.6-cı bəndlərdə,
6.2-ci bəndin birinci cümləsində və
6.3-cü bənddə ismin
müvafiq hallarında
"Faydalı qazıntı
ehtiyatları üzrə
komissiya” sözləri
ismin müvafiq hallarında "Agentlik” sözü ilə əvəz edilsin;
1.3.
5.3-cü bənddə "Faydalı qazıntı ehtiyatları üzrə komissiyanın müzakirəsinə
verir” sözləri
"Agentliyə təqdim
edir” sözləri ilə əvəz edilsin;
1.4.
5.4-cü bənd üzrə:
1.4.1. birinci cümlədə
"Faydalı qazıntı
ehtiyatları üzrə
komissiyada baxılır
və komissiyanın protokolu ilə” sözləri "Agentlikdə
baxılır və Agentliyin qərarı ilə” sözləri əvəz edilsin;
1.4.2. ikinci cümlədə
"protokolun” sözü
"qərarın” sözü
ilə əvəz edilsin;
1.5. 5.7-ci
bəndin birinci cümləsində "Faydalı
qazıntı ehtiyatları
üzrə komissiyanın
protokolu” sözləri
"Agentliyin qərarı”
sözləri ilə əvəz edilsin;
1.6. 6.1-ci
bənd üzrə:
1.6.1. birinci cümlədə
"ekoloji” sözü
"geoloji” sözü
ilə, "Faydalı
qazıntı ehtiyatları
üzrə komissiya” sözləri "Agentlik”
sözü ilə,
"komissiya iclasının
protokoluna” sözləri
isə "Agentliyin qərarına” sözləri
ilə əvəz edilsin;
1.6.2. ikinci cümlədə
"Komissiyanın” sözü
"Agentliyin” sözü
ilə əvəz edilsin.
2. "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1999-cu il 12 mart tarixli
116 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 3, maddə 168; 2001, ¹ 10, maddə 640, ¹ 12, maddə
755; 2003, ¹ 10, maddə 577; 2005, ¹ 11, maddə 1016; 2006, ¹ 7, maddə
590; 2007, ¹ 11, maddə 1110; 2010, ¹ 7, maddə 610; 2014, ¹ 11, maddə
1418; 2016, ¹ 2, maddə 254, ¹ 11, maddə 1818; 2018, ¹ 6, maddə
1228) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 2-ci hissənin ikinci–doqquzuncu abzasları müvafiq olaraq 2.1–2.8-ci bəndlər hesab edilsin;
2.2. 2.3-cü bənddən "və bələdiyyə” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 973 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹10, maddə 578; 2008, ¹ 8, maddə 719) ilə təsdiq edilmiş "Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"1.2. Kəşfiyyatı aparılmış faydalı qazıntı yataqlarının ehtiyatları Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində (bundan sonra – Agentlik) dövlət ekspertizası aparıldıqdan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyası tərəfindən təsdiq edilir.”;
3.2.
1.4-cü və 3.6-cı bəndlərdə "Faydalı
Qazıntı Ehtiyatları üzrə Komissiyanın” sözləri
ismin müvafiq hallarında "Agentliyin” sözü ilə əvəz
edilsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel
2020-ci il.
Azərbaycan.-2020.- 24 aprel.- S.3.