Ermənilərin 24 aprel uydurması, Azərbaycanın 2 aprel həqiqəti
Ermənilərin "24 aprel soyqırımı" yalanı
1915-ci il aprelin 24-ü erməni terror təşkilatları - "Qnçaq”, "Daşnak” və "Ramqavar”ın rəhbərlərinin həbs olunduğu gündür. Bu təşkilatlar XIX əsrin sonu-XX əsrin əvvəllərində azərbaycanlılara və türklərə qarşı terror və qətliamlar törətmək məqsədilə yaradılmışdı. 24 aprel həbsi isə onların niyyətlərinin qarşısını almışdı.
Qondarma iddia ilə bağlı fakt yoxdur
Əslində, nə 1915-ci il aprelin 24-də, nə də ondan bir neçə gün əvvəl və sonra Anadoluda heç bir döyüş və ya köçürmə hadisəsi baş verməyib. Ermənilər həmin tarixi ona görə "soyqırımı günü” kimi qeyd edirlər ki, qurduqları plan boşa çıxmış, terrorçu liderləri məhz həmin gün həbs olunmuşdular. Arxiv məlumatlarına əsasən tarixi həqiqətlər bundan ibarətdir ki, Birinci Dünya müharibəsi zamanı Şərqi Anadolunun erməni əhalisi Osmanlı dövlətinə qarşı qiyam qaldırmışdı. Buna görə də Osmanlı hökuməti qəti tədbirlər görməyə məcbur olmuşdu. Fevralın 25-də ordunun baş qərargahı ermənilərin heç bir halda hərbi xidmətə cəlb edilməməsi barədə bütün hərbi hissələrə təlimat göndərdi. Aprelin 24-də isə Daxili İşlər Nazirliyi erməni komitə mərkəzlərinin bağlanması, əmlaklarının müsadirə edilməsi və komitə başçılarının həbs olunması barədə əmr vermişdi.
Sonralar erməni millətçiləri Türkiyə və Azərbaycan ərazilərində insanlığa qarşı törətdikləri dəhşətli soyqırımı cinayətlərini ört-basdır etmək üçün yalançı "soyqırımı” mifini uyduraraq erməniləri dünyanın "əzabkeş xalqı” kimi qələmə verməyə başladılar. Maraqlıdır ki, ermənilər ötən əsrin 50-ci illərinə qədər bu barədə müzakirə açmayıblar. Soyqırımı iddiaları yalnız 1950-ci illərdən gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyi ilə kampaniyaya çevrilib.
Lakin ermənilər onlara qarşı "soyqırımı” törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı tutarlı fakt ortaya qoya bilməyiblər. Türkiyə dövlətinin təkidinə baxmayaraq, indiyə qədər Ermənistan arxivlərin birgə öyrənilməsini və araşdırılmasını heç bir vəchlə istəməyib. Qondarma "soyqırımı”nı tanıyan ölkələr də tarixdə nəyin baş verdiyini araşdırmaq məqsədilə Türkiyəyə alim göndərməkdə maraqlı olmayıb.
Soyqırımı
cinayətlərini əslində ermənilər törədiblər
Beləliklə, tarix sübut edir ki, ermənilər soyqırımına məruz qalmayıblar. Əksinə, sərsəm "böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün XIX əsrin sonlarından başlayaraq ən dəhşətli soyqırımı cinayətləri həyata keçiriblər. Xüsusən Qafqazda ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ keçirilən soyqırımı cinayətləri nəticəsində azərbaycanlılar yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb, viran edilib.
XX əsrin əvvəllərində,
xüsusən 1905-1907-ci illər hadisələri zamanı
Bakıda, Qarabağda və digər
bölgələrdə dinc azərbaycanlılara
qarşı həyata keçirilən qətliamlar ermənilərin
məkrli niyyətlərini reallaşdırmaq üçün
başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən mərhələdə
daşnak-bolşevik birləşmələri
Bakıda və Azərbaycanın bir çox bölgələrində misli görünməmiş
soyqırımı cinayətləri törədiblər.
Bakıda, Qarabağda, Şamaxıda, Zəngəzurda,
Qubada, Lənkəranda, Naxçıvanda
50 mindən artıq azərbaycanlını qətlə
yetiriblər. Sovet illərində isə yüz minlərlə azərbaycanlı öz tarixi
torpağından, indi Ermənistan
adlandırılan ərazilərdən didərgin
salınıb. Bununla da Ermənistan demək olar ki, monoetnik
bir respublikaya çevrilib.
Etnik təmizləmə
siyasətini başa çatdıran ermənilər
ötən əsrin
90-cı illərindən başlayaraq
Azərbaycanda terrorçuluq
dalğasını genişləndirdilər,
soyqırımı siyasətinin
növbəti mərhələsinə
rəvac verdilər. 1992-ci il fevralın ortalarında Xocavənd rayonunun Qaradağlı kəndində soyqırımı
həyata keçirdilər.
Həmin il
fevralın 25-də isə
sovet ordusundan qalma 366-cı alayın köməyi ilə Xocalıya hücum edərək dinc azərbaycanlılara vəhşicəsinə
divan tutdular, daha bir dəhşətli soyqırımını törətdilər.
Ermənilər 90-cı illərdə Bakı şəhərində və
Azərbaycanın ayrı-ayrı
yerlərində, qatarlarda,
metroda qanlı terror aksiyaları həyata keçirdilər. Xalqımıza qarşı aparılan
soyqırımı siyasətinin
xronologiyasını xatırlayarkən
törədilən vəhşilik
və cinayətlərin
miqyası, metodologiyası
qəzəb doğurmaya
bilmir.
Ermənilər tərəfindən aparılan
soyqırımı, deportasiya
və etnik təmizləmə siyasəti
nəticəsində Azərbaycan
1918-1929-cu illərdə 29,8
min kvadratkilometr ərazisini
itirib. 1991-1993-cü illərdə isə 20 faizə qədər ərazimiz işğal edilib. Tarixi şərait səbəbindən
uzun illər baş vermiş hadisələrə, xalqımızın
faciələrinə obyektiv
qiymət vermək mümkün olmayıb.
Ermənilərin işğalçılıq və etnik təmizləmə
siyasəti, azərbaycanlılara
qarşı soyqırımı
cinayətləri tarix
boyu davam etsə də, imperiya əsarəti xalqımıza qarşı
baş verənlərin
qarşısının alınmasına
və araşdırılmasına
imkan verməyib.
Yalnız Azərbaycan dövlət
müstəqilliyini bərpa
etdikdən sonra ermənilərin Azərbaycan
dövlətinə və
xalqına qarşı
işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq,
əsl həqiqətləri
dünyaya çatdırmaq,
hüquqi-siyasi qiymət
vermək mümkün
oldu. Xüsusilə
qeyd etməliyik ki, 1998-ci il
martın 26-da Ümummilli
Lider Heydər Əliyevin imzaladığı
"Azərbaycanlıların soyqırımı haqqında”
fərman erməni millətçilərinin cinayətkar
əməllərinə verilən
dolğun və hərtərəfli hüquqi-siyasi
qiymətdir. Bu mühüm sənəddə
ilk dəfə olaraq azərbaycanlılara qarşı
törədilmiş kütləvi
qırğınların - soyqırımlarının
rəsmən adı çəkilib, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı
aparılmış etnik
düşmənçilik siyasətinin
kökləri açıqlanıb.
İlham
Əliyev Ermənistanı
küncə sıxışdırıb
Bütövlükdə tarixi mənbələr sübut edir ki, dünya erməniliyinin əlində
bayraq etdiyi soyqırımı iddiaları
əslində yalandan,
sərsəmləmədən başqa bir şey deyil. Əsl həqiqətlər
ermənilərin öz
niyyətlərini həyata
keçirmək üçün
Azərbaycan xalqına
qarşı keçirdikləri
soyqırımı cinayətləridir.
Bu gün yeni həqiqətlər də
meydana çıxır. Ermənilərin xalqımıza qarşı
törətdikləri XX əsr
boyu faciələr xüsusən yaxın tariximizdə baş versə də, beynəlxalq birlik uzun illər bu barədə susub. Lakin Azərbaycanın yürütdüyü hücumçu
siyasətin nəticəsi
olaraq bu məsələdə artıq
dönüş yaranıb.
Bu mənada əsas
həqiqətlərdən biri
odur ki, məhz İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın
həyata keçirdiyi
hücumçu diplomatiya
təcavüzkar Ermənistanı
çıxılmaz vəziyyətdə
qoyub. Azərbaycan
Prezidenti beynəlxalq səviyyədə ardıcıl
və müntəzəm
iş aparır, onilliklər boyu formalaşmış stereotipləri
və yanlış siyasi yanaşmaları dəyişdirir. Prezident İlham Əliyev
iştirak etdiyi bütün beynəlxalq təşkilatların tədbirlərində
çıxışları zamanı əsas vurğunu torpaqlarımızın
Ermənistan tərəfindən
işğalı faktı
üzərinə qoymaqla
həqiqətləri dayanmadan,
ardıcıl, sistemli
şəkildə dünya
ictimaiyyətinin diqqətinə
çatdırır.
Təsadüfi deyil ki, artıq
erməni diasporu, Ermənistanın lobbiçiliyi
ilə məşğul
olan bəlli dairələr əvvəlki
kimi beynəlxalq ictimaiyyəti öz yalanlarına inandıra bilmirlər. Prezident İlham Əliyevin
həyata keçirdiyi
uzaqgörən siyasət
nəticəsində həm
də Ermənistanın
iqtisadi blokadası dərinləşib və
Azərbaycan aparılan
sülh danışıqlarında
mühüm beynəlxalq
siyasi və diplomatik üstünlük
əldə edib.
Azərbaycanın inkişafı və beynəlxalq mövqelərinin
güclənməsi də
son illərin əsas reallıqlarından biridir. Dünyanın enerji təhlükəsizliyinə,
terrorizmlə mübarizəyə
böyük töhfələr
verən, inkişafa
nail olan Azərbaycan həm dünya birliyində özünə
layiqli yer tutub, həm də regionun aparıcı dövlətinə
çevrilib. Təbii ki,
bunlar dünyanın ölkəmizi daha yaxından tanıması,
Azərbaycan həqiqətlərinin
qəbul edilməsi, o
cümlədən Dağlıq
Qarabağ danışıqlarında
respublikamızın üstün
mövqeyinin təmin olunması baxımından
vacib amillərdir.
Birinci vitse-prezident
Mehriban Əliyevanın
təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr və fondun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya
ədalət!” kampaniyası
da effektiv nəticələr verməkdədir. Bunların nəticəsidir
ki, Xocalıda xalqımıza qarşı
törədilənləri soyqırımı
cinayəti kimi tanıyan dövlətlərin
sayı artmaqdadır.
Bütün bunlar təsdiqləyir ki, Prezident İlham
Əliyevin Azərbaycan
həqiqətlərinin yayılması
istiqamətində müəyyən
etdiyi xətt özünü doğruldur. Bütövlükdə Azərbaycan Prezidentinin uğurlu diplomatik gedişləri nəticəsində
Ermənistanın beynəlxalq
səviyyədə təcrid
olunması daha da sürətlənib və dünya artıq erməni yalanlarına inanmır.
Aprel zəfəri Silahlı Qüvvələrimizin gücünün
praktik təsdiqi oldu
4 il əvvəl, aprel ayının əvvəllərində Azərbaycan Ordusunun cəbhə xəttində erməni təxribatına qarşı həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar isə yeni bir həqiqəti ortaya qoydu. Tarixə "Aprel döyüşləri” kimi düşən bu hadisələrdə Azərbaycan Ordusu erməni hərbi birləşmələrinə sarsıdıcı zərbə vurdu. İşğal altında olan minlərlə hektar ərazimiz, o cümlədən strateji Lələtəpə yüksəkliyi düşməndən azad edildi, Cocuq Mərcanlı kəndi üçün təhlükə tamamilə aradan qaldırıldı.
Həmin günlərdə erməni hərbi birləşmələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın etmək cəhdləri, kəndləri artilleriya atəşinə tutmaları, dinc əhalini hədəfə almaları, hər şeydən öncə, Ermənistanın təcavüzkar və işğalçılıq siyasətinin növbəti təsdiqi oldu. Bir daha sübut edildi ki, rəsmi Yerevan Dağlıq Qarabağ probleminin yoluna qoyulmasında konstruktiv mövqe ortaya qoymaqda maraqlı deyil. Lakin bunun qarşılığında Azərbaycanın gücünü gördülər. Başa düşdülər ki, Azərbaycan ərazi bütövlüyünün bərpasını sadəcə diplomatik danışıqlarla təmin etmək niyyətində deyil.
Hərb tariximizə qızıl hərflərlə yazılan 2016-cı ilin aprel hadisələri Silahlı Qüvvələrimizin gücünün və peşəkarlığının praktik təsdiqi oldu. Çünki ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək. Hadisələr həm də Azərbaycan əsgərinin vətənpərvərliyini, döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu, həmçinin xalqımızın həmrəyliyini, heç vaxt işğalla barışmayacağını göstərdi.
Aprel döyüşləri həm də mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Dünya gördü ki, hərbi toqquşmalar hər an yenidən alovlana bilər. Lakin ən əsası, sübut olundu ki, Azərbaycan Ordusu baş verə biləcək müharibəni qısa müddətdə qələbə ilə başa çatdırmağa qadirdir.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 24 aprel.- S.5-6.