Ermənilərin saxta “24 aprel” uydurması və
sonrası...
Tarixin qaranlıq, saxtalaşdırılmış səhifələrinə bir daha ötəri də olsa nəzər salaq. Ermənilərin 1890-cı ildən etibarən başlayan üsyanları 1915-ci ildə Osmanlı hakimiyyətinin radikal qərarlar qəbul etməsinə səbəb olub. Elə saxta soyqırım iddiaları da həmin dövrdən ortaya atılıb: Türkiyədən torpaq qopartmaq və "Böyük hayastan”ın bir hissəsini qurmaq üçün. Erməni millətçiləri - daşnaklar Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan hayların separatçı meyilləri gücləndirdikcə üsyanlar da təbii hal almağa başlayıb. İlk üsyan 1890-cı ildə Ərzurumda gerçəkləşib, sonra Van, Sason, Adanaya keçib. 1905-ci ildə ermənilər (əslində, haylar) Sultana sui-qəsd etmək istəsələr də bu, uğursuzluqla nəticələnib. Bölgədə təşkilatlanan erməni komitələri mülki əhaliyə qarşı da xüsusi amansızlıq nümayiş etdiriblər.
"Köçürülmə”yə səbəb
Budur gerçəkliyin sərt və acı üzü: erməni üsyanları və Birinci Dünya müharibəsi ərəfəsində ermənilərin türklərə qarşı savaşı nəticəsində Osmanlı dövləti 28 may 1915-ci il tarixində "Köç qərarı” çıxardıb. Bundan öncə isə onların "soyqırım günü” kimi qəbul etdikləri 24 apreldə 2345 erməni lider həbs edilib. Onların əksəriyyəti kəndlərə hücum edərək türk soyundan olan günahsız əhalini qıran cinayətkarlar idilər.
"Köçürülmə” qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə bölüşdürülməsini nəzərdə tutsa da, hər şey fərqli şəkildə cərəyan edib. Köç karvanlarına edilən hücumlar zamanı ermənilərin bir qismi öldürülsə də, həm də yollarda aclıqdan və xəstəlikdən qırılanlar da kifayət qədər olub.
Qondarma
"soyqırımı” ideyasının tanınması kimlərə
sərf edirdi? Bu da maraqlı suallardan biridir. Həm də erməni faşizminin iç üzünün açılmasında əsas
faktorlara aydınlıq
gətirə bilir. Məlumdur ki, "erməni soyqırımı” ideyaları
1945-ci ildən gündəmə
gəlib. Kilsənin irəli
sürdüyü ideyalar
Amerika və Avropada erməni lobbisinin dəstəyi ilə böyük bir kampaniyaya çevrilib.
Ermənilər havadarlarının dəstəyi
sayəsində ilk soyqırım
qərarının qəbuluna
nail olublar: 1945-ci il aprelin 20-də. Uruqvay parlamenti 24 aprel tarixini "erməni soyqırımı”nı anma
günü kimi tanıyıb. Həmin ölkənin
parlamenti 2004-2005-ci illərdə
daha iki bəyanatla qərarı yeniləyib.
Bundan 18
il sonra,
yəni 1982-ci ilin aprelin 29-da Yunan icması oxşar qərar qəbul edib. Beləliklə, "erməni soyqırımı”nı
tanımış ölkələrin
siyahısına baxarkən
təəssüflənirsən ki, daşnaklar dünyanı "göz yaşları içində
gülüş”lə aldada
bilirlər: Uruqvay, Cənubi Kipr, Rusiya, Yunanıstan, Kanada, Livan, Vatikan, İtaliya, Fransa, Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, Litva, Boliviya, Braziliya, Lüksemburq, Bolqarıstan.
Beləliklə, 1945-ci ildə ilk rəsmi
qərarın qəbul
edilməsinə nail olan
ermənilər 45 il ərzində əsassız
ideyalarını daha
19 ölkədə qərar
və ya bəyanat şəklində
qəbul etdiriblər.
Üstəlik, daha 2 dövlətin
xarici əlaqələr
komitəsi müvafiq qətnamə layihəsini
təsdiqləyib.
Əsas məsələ bu ölkələrlə qardaş
Türkiyənin münasibətləridir. Maraqlıdır
ki, bu ölkələrin
arasında 30 ilə yaxındır ki, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
sülh yolu ilə nizamlanmasına
"çalışan” və
məsuliyyəti öz
üzərinə götürən
ATƏT-in Minsk qrupu ölkələri
də vardır. Erməni soyqırımı ilə
bağlı Avropada qərar qəbul edən ölkələrin
çoxu Türkiyənin
qapısını döyən
Avropa Birliyinin üzvüdür. Amerikada isə
"soyqırımı” tanıyan
yalnız Kanada və üç latın Amerikası ölkəsi deyil. ABŞ-da "soyqırımı”
tanıyan əyalətlərin
sayı 30-a çatıb.
ABŞ prezidentləri isə
hər il
aprelin 24-də soyqırım
sözünün ikiaddımlığından
keçir, ermənilərin
istəklərini və
niyyətlərini gözlərində
qoyurlar.
"Üç müşketyor”un erməni oyunbazlığı
Ermənilərin saxta soyqırımının təbliği xarici ədəbiyyatın, az qala, gündəmini işğal edib. Onların bundan hətta öz çirkin məqsədləri üçün necə istifadə etdikləri də yaxşı məlumdur. Erməni-amerikan ədəbiyyatı öz məzmunu etibarı ilə uydurma erməni soyqırımının bütün dünyaya sırf ədəbiyyat vasitəsi ilə çatdırılmasına xidmət edir. Bu ədəbiyyatın bütün yazarları erməni mənşəli Amerika yazıçılarıdır.
Onu da qeyd edək ki, erməni-amerikan yazıçıları iki nəslə bölünür: yaşlı və cavan. Yaşlı nəsil yazıçıları çoxlarına məlum olan Vilyam Saruyan, Levon Sormeliyan, Albert Asika Bezerides, Maykl Arlen, Piter Sureyan, David Xerdiyan, Marjuri Hosepyan Dubkin, Leon Serabyan Herald, Emanuel Varandyan, Arlen Avakyan, Lev Hamalyan və başqalarıdır.
Gənc nəsil yazarlar isə Nensi Qriqoryan, Piter Balakyan, Mark Araksi, Aris Canikyan, Corc Stambulyan, Karol Edqaryan, Artur Nersesyan, Mişelin Avoronyan Markum, Dahliya Elsayed, Nensi Aqabyan və baqalarından ibarətdir.
Erməni-amerikan ədəbiyyatının ən məşhur nümayəndəsi Vilyam Saruyandır. Amerikada Estenfurd Universiteti hər il gənc yazıçılar üçün Vilyam Saruyanın "Əlxalq” mükafatını təqdim edir. Mükafatın təltifini maddi tərəfdən dəstəkləyən elə yazıçının özünün 1966-cı ildə Amerikada yaratdığı "Vilyam Saruyan Fondu”dur.
Nəhayət, ermənilərin iç üzü açıldıqca, onların saxta "göz yaşları”na inanmayanların sayı da artmaqdadır. Ona görə də "erməni soyqırımı”nın tanınması ilə bağlı qərarların ləğvinə başlanılıb. Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası 2010-cu ildə qondarma erməni soyqırımının tanınması haqda qəbul etdiyi 2009-cu il tarixli qərarı ləğv edib. Bu barədə şəhər şurasının növbəti iclasında qərar qəbul olunub. Bütün dünya bilir ki, qondarma erməni soyqırımı İslama qarşı yönəlmiş siyasi maraqlardır.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 25 aprel.- S.7.