İlham Əliyev
3042 məcburi köçkün ailəsinə
sevinc bəxş edəcək
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də
Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti
məskunlaşan 3042 məcburi köçkün ailəsi
üçün Abşeron rayonu ərazisində
yaşayış binalarından ibarət məhəllələrdə
tikinti işlərinin gedişi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kmitəsinin sədri Rövşən Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verərək dedi:
-Möhtərəm cənab Prezident, bu Sizin tapşırıqlarınıza əsasən Neft Fondundan ayrılmış vəsait hesabına Abşeron rayonunun ərazisində 1890 ailə üçün nəzərdə tutulmuş tikinti sahəsidir. Hazırda burada iki qəsəbə salınır. Qəsəbələrdən biri 1890 ailə, digəri isə 1152 ailə üçün nəzərdə tutulur. Birinci qəsəbəmizdə 1512 şagird yerlik məktəbimiz, 280 yerlik uşaq bağçamız, klub icma mərkəzimiz var və musiqi məktəbi tikilir. Digər qəsəbədə doqquzmərtəbəli 29 yaşayış binası tikilir. Bu qəsəbədə isə 35 yaşayış binası nəzərdə tutulub, hazırda tikintisi davam etdirilir. Cari ilin yanvar ayının 15-dən tikintisinə başlanılıbdır, 2200 işçi qüvvəsi cəlb olunub, müasir texnikadan istifadə edilir. Tikinti şərtləri nəzərə alınmaqla işimizi sürətlə davam etdiririk və nəzərdə tutmuşuq ki, noyabr ayının sonlarına bu qəsəbə tam hazır olacaq.
Prezident İlham Əliyev: Hər iki layihə?
Rövşən Rzayev: Bəli, hər iki layihə, elə nəzərdə tutulub. Hazırda da işlərimiz sürətlə gedir.
Prezident İlham Əliyev:Yəni, ümumiyyətlə, 3 mindən çox ailə burada yerləşəcək.
Rövşən Rzayev: Bəli, 3 min 42 ailə burada məskunlaşacaqdır. Əsasən Sumqayıt şəhərindən köçürüləcək məcburi köçkünlər. Sumqayıt şəhərində 13 mindən çox ailə məskunlaşıbdır. Hörmətli Birinci vitse-prezident Mehriban xanımın tapşırığına əsasən Sumqayıt şəhəri üçün yol xəritəsi hazırlanıbdır. Sumqayıt şəhərində inzibati binalarda çətin vəziyyətdə məskunlaşan köçkünlərimizin sayı 3 mindən bir az çoxdur. Onları və Abşeron rayonunda inzibati binalarda çətin vəziyyətdə yaşayan 1500-dən çox insanı biz burada məskunlaşdıracağıq.
Prezident İlham Əliyev: Çox yaxşı, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan insanları yerləşdirin, onların böyük hissəsi burada yerləşdiriləcək. Ondan sonra bu layihələr davam etdiriləcək.
Rövşən Rzayev: Möhtərəm cənab Prezident, Sizin tapşırıqlarınıza əsasən, burada komitə üçün ümumiyyətlə 50 hektar ərazi ayrılmışdır. Onun 17 hektarından istifadə olunubdur. İlk qəsəbəmizdə 1001 ailə yaşayır. Siz 2018-ci ilin dekabrında bu qəsəbənin açılışını etmisiniz. Hazırda ikinci və üçüncü qəsəbələrimiz tikilir, daha 12 hektar ərazimiz qalır. Orada da layihəyə uyğun olaraq 1008 ailə yerləşdirə biləcəyik. Sizin tapşırıqlarınıza uyğun olaraq, layihə tamamilə dəyişdirilibdir, nəzərdə tutulmuş 2500 ailə əvəzinə hazırda burada 5000-ə yaxın ailə məskunlaşdırılacaq.
Prezident İlham Əliyev: Çox yaxşı, biz bu əraziləri gərək elə planlaşdıraq ki, maksimum səmərə ilə binalar tikilsin, həm mərtəbə səviyyəsi, eyni zamanda, burada ictimai zonaların həcmi şəhərsalma qaydalarına uyğun olmalıdır. Əlbəttə ki, hər bir qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsi, alış-veriş yerləri olmalıdır. Bu vaxta qədər bu qəsəbə də tikilib.
Rövşən Rzayev: Bəli, burada 1001 ailə yaşayır, binalar yeddi mərtəbədən ibarətdir, qəsəbə 17 hektarda salınıbdır. Amma Sizin tapşırıqlarınızdan sonra layihəyə yenidən baxıldı və artıq yeni qəsəbələrdə doqquzmərtəbəli binalar tikilir.
Prezident İlham Əliyev: Ümumiyyətlə, bu qəsəbələrdə əvvəlki dövrdə tikilmiş binaları da nəzərə alsaq təqribən dörd mindən çox ailə məskunlaşacaq. Mən göstəriş vermişəm ki, bütün kommunikasiyalar da təmin edilsin – qaz, işıq, yollar, su təminatı - bütün şərait.
Rövşən Rzayev: Yaşıllıq salınır.
Prezident İlham Əliyev:Yaşıllıq, ictimai zonalar. Çox yaxşı, gələn ilə də planlaşdırın, çünki hələ ki, Sumqayıt şəhərində və Abşeron rayonunda məcburi köçkünlərin sayı çoxdur. Son illərdə biz onların əhəmiyyətli hissəsini yerləşdirdik. Ona görə burada bu tikinti layihələri davam etdirilməlidir. O cümlədən Bakı şəhərində və bütün digər yerlərdə. Bu bina məktəb üçündür?
Rövşən Rzayev: Bəli, məktəbdir, 3 korpusdan ibarətdir, cənab Prezident.
Prezident İlham Əliyev: Hər iki qəsəbə üçün nəzərdə tutulub?
Rövşən Rzayev: Bəli, hər iki qəsəbə üçün nəzərdə tutulubdur. Şagirdlər sayılıb, hamısı yerləşəcəkdir. Bunların hamısının layihəsi şəhərsalma qaydalarına uyğun hazırlanıb.
Prezident İlham Əliyev: Bu binalar neçə mərtəbəlidir?
Rövşən Rzayev: Yeddimərtəbəlidir. İndi isə doqquzmərtəbəli binalar tikilir.
Prezident İlham Əliyev: Gələcəkdə 12 mərtəbəli binalar da tikilə bilər ki, daha çox insanları yerləşdirək.
Rövşən Rzayev: Baş üstə. Sizin tapşırığınızla Binəqədi rayonunda bizə yer ayrılıbdır. Sizin tapşırığınızdan sonra biz orada 12 mərtəbəli binaların inşasını nəzərdə tuturuq.
Prezident İlham Əliyev: Çox yaxşı.
X X X
Qeyd edək ki,
indiyədək Prezident İlham
Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində
məcburi köçkünlərin mənzil-məişət
və sosial problemlərinin həlli istiqamətində
çox mühüm
layihələr icra olunub.
Bu istiqamətdə dövlətin həyata
keçirdiyi siyasətə Heydər
Əliyev Fondu da böyük töhfələr verib.
Bu günədək 62494 məcburi köçkün ailəsinin, ümumilikdə,
bu qəbildən olan
315 min soydaşımızın mənzil-məişət
şəraiti yaxşılaşdırılıb. 2020-ci ildə
də bu işlərin davam
etdirilməsi nəzərdə tutulur. Bütün bunlar göstərir
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması məqsədilə
reallaşdırılan tədbirlər ardıcıl xarakter alıb.
Azərbaycan.-2020.- 25 aprel.- S.1;4.