İşığın gücü

 

Prezident İlham ƏLİYEV: "Bu gün bizim enerji potensialımız artan iqtisadiyyatı dəstəkləyir”

 

Koronavirus pandemiyası dünyanı çənginə almaqda davam edir, reallıqlar müəmmalı, yaxşı günlərin nə vaxt gələcəyi bəlli deyil. Amma ümidimizi üzmürük, sadəcə bilirik ki, hamı sınaqdan keçir - dövlətlər, liderlər və ayrı-ayrılıqda hər birimiz.

Azərbaycan Prezidenti belə mürəkkəb günlərdə yorulmadan çalışır, pandemiyanın rəvac verdiyi savaşın ön cərgəsində döyüşkən və mübariz sərkərdə kimi geri çəkilmədən irəli gedir, atdığı hər bir addımla hər bir vətəndaşa və bütün ölkəyə ümid verir, nikbinlik bəxş edir.

Dövlət başçısı "Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimindəki çıxışı ilə bir daha iradəli lider kimi bütün sahələrdə təməlini şəxsən qoyduğu əsaslı islahatlara sadiq qalacağını bildirmişdir. Vurğulamışdır ki, ölkənin enerji təchizatında mükəmməl infrastrukturun yaradılması ardıcıl və kompleks şəkildə davam edir. 24 saat fasiləsiz işləyən "Azərenerji” ASC-də yenidən qurulan böyük bir kompleksin açılışında Prezidentin şəxsən iştirak etməsi isə iqtisadi əhəmiyyət kəsb etdiyi qədər də rəmzi məna daşıyır.

Enerji təchizatı nə qədər taleyüklü məsələ olsa da, heç də hamımız bu sahənin həyatımızda daşıdığı əvəzsiz rolu yetərincə qiymətləndirmirik. Bunu anlamaq üçün bəzi faktları müqayisə etmək lazımdır. Bu gün ölkədə bütün şadlıq saraylarının, restoranların, mərasim zallarının və ticarət şəbəkəsinin böyük bir qisminin fəaliyyəti dayandırılmışdır. Metro bağlanmış, rayonlararası əlaqələr kəsilmişdir. Bütün bunlara baxmayaraq, yenə də evimizdə əlimizi uzadıb düyməni basanda işığımız yanır. Televizora baxırıq, telefonlarımızı enerji ilə yükləyib qohumlarımızla, övladlarımızla əlaqə qura bilirik, görüntü ilə danışırıq, uşaqlarımızın, nəvələrimizin üzünü görüb səsini eşidirik, yenilikləri izləyirik, saniyəsində dünyada baş verənlərdən xəbər tuturuq.

Pandemiyanı müharibəyə bənzədənlər bəlkə də haqlıdırlar. Bakıya sovet qoşunlarının 90-cı ilin yanvarında daxil olması da bir müharibə idi. O zaman adamlar bir-birindən xəbər tutmaq, baş verən faciənin ağırlığını dərk etmək üçün heç bir mənbə tapmırdı. Respublikanın rəhbərliyi qaçıb gizlənmişdi, ölkə başlı-başına qalmışdı. Qulaq asmağa radioqəbuledici axtarırdıq və onu almağa hətta Dərbəndə gedənlər var idi. Respublikadakı radioqəbulediciləri piştaxtalardan silib aparmışdılar. Hamı qaranlıq və vahimə içində idi, yaşamaq üçün ümid yeri, dayaq nöqtəsi lazım idi. O zaman radionun səsindən başqa güvən yerimiz yox idi.

Bu iki hadisəni müqayisə etmək qoy sizə qəribə gəlməsin. Əgər dünya pandemiyanı müharibə kimi qəbul edirsə, bu gün baş verənləri də 90-cı illərlə müqayisə edə bilərik. Çünki bu güninsanlar səksəkədədir, hamı xəbərləri oxuyur, məlumatları izləyir, çünki narahatdır və nəyin baş verdiyini anlamaq istəyir. Bir sözlə, ağır və çətin günlər yaşayırıq.

90-cı ilin yanvarında düşməni tanıyırdıq, hakimiyyətin nə qədər aciz olduğunu görürdük. Nə xəbər mənbələrinə əlimiz çatırdı, nə də işığımız düz-əməlli yanırdı. İndi bütün dünya yazır ki, gizli müharibə gedir. Düşmən isə bəlli deyil. Onun bir adı var - koronavirus pandemiyası. Korona tac deməkdir. Pisə yaxşı ad verməzlər, axı. Görəsən, bu kimin ağlına gəlib?

Supergüclər bir-birini ittiham edir, virusu kimin yaydığını araşdırmağa çalışırlar. Şübhələr dərinləşdikcə qarşılıqlı ittihamlar sərtləşdikcə həqiqət qaranlığa bürünür daha müəmmalı görünür.

Belə vəziyyətdə bizi xilas edən iki vacib amil var. Birincisi, dövlət başçısı gecə-gündüz fəaliyyətdədir. O, işini müvəqqəti itirənlərə, sosial təminata ehtiyacı olanlara, çətinə düşən sahibkarlara yardım üçün vacib sərəncamlar imzalayır, iqtisadi islahatları davam etdirir, prioritetləri təyin edir ən vacibi, insanlarla ünsiyyətini bircə an belə kəsmir. Hamı onu eşidir görür. Zaman sərtləşsə , vəziyyət ağırlaşsa da, o, geri çəkilmir, əksinə, daha fəal, tədbirli qətiyyətli olur. Bu hamını səfərbərliyə alır nikbin olmağa ciddi əsas verir. İqtidarla xalq arasındakı bağlılıqlar güclənir. Prezident iştirak etdiyi istənilən tədbirdə xalqa müraciət edir, ölkəyə öz sözünü deyir, hamını çətin günlərdə bir-birinə dayaq durmağa çağırır eyni zamanda işinə məsuliyyətsiz yanaşanların da cəzasını verir.

İkincisi, ölkənin fasiləsiz enerji ilə təmin edilməsidir. "Eviniz işıqlı olsunifadəsi bu gün xüsusi aktuallıq kəsb edir. Əgər bu gün işığımız olmasaydı, biz 90-cı illərin qaranlığına məlumat qıtlığına düşsəydik, indiki reallıqların dərəcədə müdhiş vahiməli olduğunu dərk edərdik. Bu gün evimizdə yanan işıq bizə bütün dünya ilə ünsiyyət qurmağa, planetin ən uzaq nöqtəsində belə yerləşən qohum-əqrəba ilə danışmağa imkan verir. Biz məhz evimizdə yanan işıqlara görə koronavirus pandemiyasının məhrumiyyətlərini asanlıqla yola verə bilirik. Evdə otursaq da, işə çıxa bilməsək , qaydalara əməl etsək belə, yenə dünya ilə əlaqələrimizi qırmırıq, bir çoxumuz onlayn rejimdə evdən işimizi idarə edə bilirik. Bütün bunlar imkan verir ki, karantin rejiminin qadağalarını nisbətən asan ağrısız yola verək.

Prezident İlham Əliyev "AzərenerjiAçıq Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşı ilə görüşündəki çıxışında bu məqamların hamısına toxundu. Keçmişi xatırladı, günün reallıqlarından və perspektivlərindən danışdı. Xatırlatdı ki, 90-cı illərdə Bakının özündə gecə saatlarında televerilişlər qurtaran kimi işıqlar qənaət üçün kəsilərdi, rayonlarda isə ən yaxşı halda sutka ərzində 2-4 saat elektrik enerjisi verilərdi. Hətta 2004-cü ildə də Azərbaycan özünü elektrik enerjisi ilə təmin edə bilmirdi. Dövlət başçısı o vaxt regional elektrik stansiyalarının tikintisinə başlanıldığını diqqətə çatdırdı: "...son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilmişdir. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində”.

Prezident bildirdi ki, bu gün özümüzü enerji ilə təmin etsək də, "Azərenerji” son iki il ərzində fəaliyyət göstərən köhnə stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə hazırlamışdır. Qeyd etdi ki, Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza ciddi fəsadlara səbəb olmuşdu. Hər yeri qaranlıq bürümüş, metronun bütün stansiyalarında böhran yaranmışdı. Buna görə "Azərenerji”nin köhnə rəhbərliyi cəzalandırılmış, yeni rəhbərliyin qarşısında çox konkret vəzifələr qoyulmuşdu. Hazırda ehtiyatda ən aşağısı 1000 meqavat həcmində generasiya gücümüz var.

Prezident İlham Əliyev görülən işlərin mahiyyətini dərk etməyin vacibliyinə də toxunmuşdur: "Ona görə bizim vətəndaşlar bunu bilməlidirlər və xatırlamalıdırlar. Bu gün haradan-hara gəlmişik, dünya miqyasında ikinci yerdəyik. Bu gün bizim enerji potensialımız artan iqtisadiyyatı dəstəkləyir. Təkcə bu ilin 3 ayında, - baxmayaraq ki, neftin qiyməti düşdü, koronavirus pandemiyası bizim ölkəmizə də çox böyük təsir göstərdi, - qeyri-neft sənayesi sahəsində artım 23 faizdirbütün bu artan sənaye müəssisələri enerji tələb edir. Həm generasiya, həm ötürmə, həm dayanıqlı təchizat - bütün bunlar bu gün təmin edilir. Ona görə hesab edirəm ki, bu gün bu binanın açılışı çox böyük rəmzi məna daşıyır. Təbii ki, burada institut yerləşir, Baş İdarəetmə Mərkəzi, Tədris-Laboratoriya Mərkəzi, Dispetçer Mərkəzi və eyni zamanda bu, bizim enerji sistemimizin yeni simasını əks etdirir. Bu bina artıq satışdan, hərracdan çıxarılaraq energetiklərə, onun sahiblərinə qaytarılmışdır. Ona görə bu binada işləyən vətəndaşlar öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər”.

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2020.- 25 aprel.- S.4.