Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edib

 

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin rəsmi "Instagram” səhifəsində bununla bağlı etdiyi paylaşımda deyilir:

"Ən xoşsaf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaqAllah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram. Allah orucunuzu qəbul etsin!”.

 

Azərbaycan.-2020.- 26 aprel.- S.1.