Mənəvi Dəyərlərin
Təbliği Fondunun əməkdaşları
qanvermə aksiyasında iştirak ediblər
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışı ilə əlaqədar olaraq bütün ölkə ərazisində qanvermə aksiyaları təşkil olunur.
Aprelin
21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,
komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi
Dəyərlərin Təbliği Fondu və Azərbaycan
İlahiyyat İnstitutunun əməkdaşları və
könüllüləri Heydər Əliyev Fondunun
"Talassemiyasız həyat naminə” proqramı çərçivəsində
hemofiliya, talassemiya və digər qan xəstəliklərindən
əziyyət çəkən uşaqlara yardım məqsədilə
Mərkəzi Qan Bankında keçirilən qanvermə aksiyasında
iştirak ediblər.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 25 aprel.- S.6.