Azərbaycan koronavirusla
mübarizə üsuluna görə dünyada ön
sıralardadır
Çində ayaq açıb qısa zamanda bütün dünyaya yayılan yeni tip koronavirus ciddi fəsadlar törətməkdə davam edir. Son sutka ərzində planetimizdə bu infeksiyaya daha 80 960 nəfər yoluxub. Bununla da dünyada koronavirusa yoluxanların ümumi sayı 2 708 590 nəfər olub.
Cons Hopkins Universitetinin hesabatına görə,
COVID-19-dan ölənlərin ümumi sayı 190 490 nəfərə çatıb. 737 mindən artıq insan isə infeksiyadan sağalıb.
Ölkələrin COVID-19 statistikası
Ölkələr üzrə hesabatda bildirilir ki, ən çox yoluxma halları ABŞ-da - 873 137 (49 759 ölüm),
İspaniyada - 213 024 (22 157 ölüm),
İtaliyada - 189 973 (25 549 ölüm),
Fransada - 159 460 (21 856 ölüm),
Almaniyada - 151 784 (5 404 ölüm),
Böyük Britaniyada
- 139 246 (18 738 ölüm), Türkiyədə - 101 790 (2 491 ölüm) qeydə alınıb.
COVID-19-un
"vətən”i Çində
2019-cu ilin dekabrından
koronavirusa 82,8 mindən artıq insan yoluxub, 4,6 mindən çox ölüm halı qeydə alınıb. Ölkədə infeksiyaya
yoluxanların 93,3 faizi sağalıb.
Braziliyada 49 492 nəfərdə koronavirus
aşkarlanıb və
3313 nəfər virusun
qurbanı olub.
İsraildə COVID-19-a yoluxanların sayı 14
882-yə çatıb. 193 nəfər həyatını
itirib.
Rusiya ərazisində
COVID-19-a 68 622 yoluxma halı
aşkarlanıb və
ölənlərin sayı
isə 615 nəfərə
çatıb. Xəstəlikdən sağalanlar 5568 nəfərdir.
Ukraynada koronavirusa yoluxma faktlarının sayı
7647-yə yüksəlib. İndiyədək 601 nəfər koronavirusdan sağalıb, 193 nəfər
isə həyatını
itirib.
Gürcüstanda koronavirusa yoluxanların sayı 431-ə yüksəlib. 114-ü sağalıb, 5-i dünyasını
dəyişib.
Ermənistanda koronavirusa yoluxanların sayı 1596 nəfərə
çatıb və
27 nəfər ölüb.
Qazaxıstanda indiyədək 2344 yoluxma,
22 ölüm, Qırğızıstanda
656 yoluxma, 8 ölüm,
Özbəkistanda 1778 yoluxma
və 7 ölüm faktı qeydə alınıb.
Azərbaycan koronavirusa qarşı
mübarizədə nümunə
göstərir
Göründüyü kimi, dünyanın inkişaf etmiş ölkələrində gündə
yüzlərlə insan
dünyasını dəyişir. Heç bir
ölkənin səhiyyə
sistemi sayı artmaqda olan xəstələrin
müalicəsini tam təşkil
edə bilmir. Azərbaycan isə bu gün
dünyanı bürümüş
pandemiyaya qarşı
mübarizədə ən
ciddi tədbirlər görmüş ölkələrin
sırasındadır. Koronavirusun ölkəmizdə yayılmasının
qarşısının alınması
məqsədilə Prezident
İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti
ilə ən səmərəli tədbirlər
həyata keçirilir.
Tibbi baxımdan ən inkişaf etmiş ölkələrin belə
bu xəstəliklə
mübarizədə aciz
qaldığı bir vaxtda Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda
pandemiyanın təsirinin
azaldılması və
miqyasının məhdudlaşdırılması
istiqamətində mühüm
addımlar atılıb.
Dövlətimiz bütün imkanlarını
virusun yayılmasının
qarşısının alınmasına
və onun fəsadlarının aradan
qaldırılmasına səfərbər
edib. Azərbaycan
bu çətin durumdan az
itkilərlə çıxmaq
üçün vaxtında
qabaqlayıcı tədbirlər
həyata keçirərək
koronavirusa qarşı
mübarizədə nümunə
göstərir. Ümumdünya Səhiyyə Təşkilatı
və bir sıra Avropa ölkələrinin rəsmiləri
bu bəlaya qarşı mübarizədə
Azərbaycanın gördüyü
tədbirləri yüksək
qiymətləndirirlər. Dövlət
başçısının ilk gündən atdığı
addımlar bütün
strukturlar, hətta insanlar üçün nümunə oldu, böyük motivasiya rolunu oynadı. Məhz bunların sayəsində
koronavirusa qarşı
uğurla mübarizə
aparan ölkələr
sırasında respublikamız
faktiki olaraq ön sıradadır.
Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki,
on minlərlə insan
qısa müddət ərzində müayinə
edilib və əhali koronavirus infeksiyası ilə əlaqədar testdən keçirilib.
36 364 hərəkət iştirakçısı
inzibati qaydada cəzalandırılıb
Rəsmi rəqəmlərə görə,
8103 icazə xidmətinə
indiyədək vətəndaşlar
tərəfindən 16 milyondan
çox SMS göndərilib. Onlardan 72 faizinə
müsbət cavab verilib.
Ən çox
istifadə olunan kod isə 2-dir. Yəni sakinlər yaşayış yerini daha çox ərzaq və digər gündəlik tələbat mallarının,
habelə dərman vasitələrinin alınması,
bank və poçt xidmətlərindən istifadə
edilməsi zərurəti
ilə əlaqədar
tərk edirlər. Lakin icazə
sistemindən sui-istifadə
edənlər, xüsusi
karantin rejiminin tələblərini pozaraq
məsuliyyətsiz davranış
sərgiləyən şəxslər
hələ də var.
Onlar hər gün müvafiq orqanlar tərəfindən
müəyyən olunurlar.
Koronavirus
infeksiyasının yayılmasının
qarşısının alınması
məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 23.04.2020-ci il saat 00:00-dan 24.04.2020-ci il saat 00:00-dək olan müddət ərzində
respublikanın avtomobil
yollarında nəqliyyat
vasitələri ilə
hərəkətdə olan
1151 nəfər İnzibati
Xətalar Məcəlləsinin
211-ci maddəsi ilə
inzibati məsuliyyətə
cəlb edilib.
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın,
o cümlədən paytaxtın
avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 37 515 hərəkət
iştirakçısı inzibati
qaydada cəzalandırılıb.
DİN vətəndaşlara xəbərdarlıq
etdi
Daxili İşlər Nazirliyinin
(DİN) Mətbuat xidmətinin
məlumatına görə,
ölkə ərazisində
tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş
yeri haqqında arayış əsasında
hərəkətinə yol
verilən, eləcə
də barəsindəki
məlumatlar işəgötürən
tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslər
yalnız həftənin
iş günlərində
icazə almadan hərəkət edə bilərlər.
"Lakin son günlər
bu kateqoriyadan olan bəzi şəxslərin zərurət
olmadan küçələrdə
saatlarla sərbəst
hərəkət etməsi,
nəqliyyat vasitələri
ilə avtomobil yollarında sıxlığı
artırması, nəticədə
isə infeksiyanın yayılmasına şərait
yaranması kimi neqativ vəziyyət müşahidə edilir. Bu cür
halların yolverilməzliyi
baxımından həmin
şəxslərdən qeyri-iş
günlərində müvafiq
icazələrdən sui-istifadə
etməmək, yalnız
ciddi zərurətlə
əlaqədar yaşayış
ünvanını tərk
etmək tələb olunur.
Eyni zamanda müvafiq icazə ilə evdən çıxan hər bir şəxsə mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tövsiyə edilir”, - deyə DİN-dən bildirilib.
FHN-dən vətəndaşlara
psixoloji yardım
Məlumat verildiyi kimi, ölkəmizdə mövcud
karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlarımıza
dəstək olmaq məqsədi ilə aprelin 8-dən etibarən Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar
telefon xətti vasitəsi ilə nazirliyin psixoloqları tərəfindən təcili
psixoloji yardımın
göstərilməsi təşkil
olunub.
FHN-in Mətbuat xidmətindən
bildiriblər ki, 24 saat fasiləsiz fəaliyyət göstərən
telefon xəttində nazirliyin xüsusi hazırlıqlı 12 nəfər
psixoloqu işləyir. Fəaliyyət göstərdiyi 15 gün ərzində psixoloji yardımla bağlı Bakı şəhəri və respublikanın müxtəlif regionlarından
"112” qaynar xəttinə
550-yə qədər müraciət
daxil olub. Müraciətlər əsasən COVID-19 infeksiyasına yoluxma qorxusu yaşayan, yaşlı valideynlərinə
görə narahatçılıq,
gərginlik keçirən,
təşviş içərisində
olan insanlardan daxil olub. Müraciət edənlər
içərisində iş
həyatına alışmış
və hazırda gündəlik rejimini düzgün, səmərəli
bölüşdürməkdə çətinlik çəkən
insanlar da az deyil.
Qeyd edək
ki, psixoloji yardımın təşkil
olunmasında əsas məqsəd çətin
vəziyyətdə olan
insanların yanında
olmaq, onları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq və karantin rejiminə uyğunlaşmağa
kömək etməkdən
ibarətdir. Zəng edən şəxslər
göstərilən yardıma
görə öz təşəkkürlərini bildirirlər.
Prezidentə minnətdarlıq məktubları
gəlməkdə davam
edir
Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə vətəndaşlarımız Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən, eləcə də xaricdən çoxsaylı minnətdarlıq məktubları yazırlar. Onlar pandemiyanın qarşısının alınması, virusa yoluxmuş insanların müalicəsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirirlər. Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı digər dini konfessiyaların rəhbərləri də Prezident İlham Əliyevə məktub ünvanlayıblar.
"Dünyanın aparıcı dövlətlərinin belə qibtə edəcəyi çeviklik, operativliklə ərsəyə gələn yeni xəstəxanalar, ölkəyə gətirilən tibbi qurğular və zamanında verdiyiniz dəyərli qərar və sərəncamlar sayəsində cəmiyyətimiz səfərbər edildi və Azərbaycanda xəstəlik üzərində qalibiyyətin bünövrəsi qoyuldu. Azərbaycanda koronavirusa yoluxma hallarının aşağı səviyyəsi, sağalanların daha çox sayda olması görülən böyük işlərin, davamlı və gərgin zəhmətlərin nəticəsidir. Həmçinin cənabınızın COVID-19 pandemiyası ilə mübarizəyə beynəlxalq müstəvidə dəstəyi, müvafiq qurumlara, dünya birliyi ölkələrinə humanitar yardımı ölkəmizin ümumbəşəri bəla ilə mübarizədə real iştirakının bariz nümunəsi, bəşəri yardımlaşmaya gözəl örnəkdir. Zati-alilərinizin Azərbaycan həkimlərinin fədakar əməyinə verdiyi yüksək dəyərə biz də qoşulur, hökumətimizin, bütün aidiyyəti dövlət qurumlarının zəhmətlərini təqdirəlayiq qiymətləndiririk. Əminik ki, Sizin rəhbərliyinizlə görülən misilsiz tədbirlər, bu mürəkkəb dövrdə iqtisadi islahatların davam etdirilməsi yönündə səyləriniz, sosial rifaha dair addımlarınız və ən əsası, xalq-dövlət birliyi sayəsində Azərbaycan bu sınaqdan tezliklə uğurla çıxacaqdır”, - deyə məktubda qeyd olunub.
Xəyalə
MURADLI
Azərbaycan.-2020.- 25 aprel.- S.6.