Dövlət başçısının yeni fərmanı hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsində şəffaflığın artırılmasına xidmət edir

 

 

Fərmana əsasən, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Hərbi-həkim ekspertizası tibbi şəhadətləndirilməaltsistemi yaradılır

 

 

 

Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli fərmanı hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsində təkmilləşmə şəffaflığın artırılmasına, hərbi-həkim ekspertizası tibbi şəhadətləndirilmə ilə bağlı toplanan məlumatların sistemliliyinin təmin edilməsinə xidmət edir.

 

Sənədə əsasən, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2021-ci il yanvarın 1-dək "Hərbi-həkim ekspertizası tibbi şəhadətləndirilməaltsistemi yaradılacaq. Hərbi-həkim komissiyaları həkim-uçuş komissiyaları olan dövlət orqanlarının həmin altsistemə çıxışı təmin olunacaq.

 

Altsistem yaradıldıqdan sonra 6 ay müddətində hərbi-həkim ekspertizası tibbi şəhadətləndirilmə ilə bağlı rəsmiləşdirilmiş bütün sənədlərdəki məlumatlar xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil ediləcək. Həmçinin hərbi-həkim ekspertizası tibbi şəhadətləndirilmə ilə bağlı sənədlərin rəsmiləşdirildiyi gün həmin məlumatların altsistemə daxil edilməsi təmin olunacaq.

 

Beləliklə, nazirliyin tibbi-sosial ekspertiza xidməti hərbi səbəblərlə əlaqədar əlilliyi qiymətləndirilən şəxslə bağlı bütün tibbi, xəstəlik məlumatlarına altsistem vasitəsilə birbaşa çıxış əldə edəcək. Nəticədə müharibə səbəbi ilə əlilliyin qiymətləndirilməsi daha obyektiv aparılacaq şəffaflıq təmin olunacaq. Vətəndaşların müxtəlif instansiyalara, o cümlədən müvafiq hüquqların imtiyazların əldə edilməsi məqsədilə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu sənədi kağız daşıyıcıda aparmasına zərurət qalmayacaq.

 

Bu, eyni zamanda, hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin müxtəlif imtiyazlardan faydalanmaq hüquqlarına baxılmasında da zəruri məlumatlara əlçatanlığı artıracaq. Eyni zamanda, sənədlərin kağız daşıyıcıda olması səbəbindən ehtimal olunan qanun pozuntusu riskləri tam aradan qalxmış olacaq.

 

Yeni altsistem bu sahədə analitik təhlillərin aparılması proqramların hazırlanmasında istifadə oluna biləcək müfəssəl məlumat mənbəyi rolunu oynayacaq.

 

Azərbaycan.-2020.-26 aprel.-S.4