Evdə qal,
ASAN dəstək al
Karantin dövründə vətəndaş
sorğularını cavablandıran
yeni sistem 24 saat avtomatlaşdırılmış
rejimdə fəaliyyət
göstərir
Bir aydan artıqdır ki, karantin rejimində yaşayırıq. Vətəndaşların yalnız zəruri
hallarda evdən çıxmasına icazə
verilir. Bu zaman əməkdaşlara icazənin alınması üçün dövlət
və özəl təşkilatlar tərəfindən
icaze.e-gov.az portalına müraciət
göndərilir.
Evdən çıxmaq istədiklərinə
dair icazə əldə etmək üçün vətəndaşlar
mobil nömrədən
icazənin məqsədini
bildirən xüsusi kodu və şəxsiyyət
vəsiqəsinin seriya
və nömrəsini
SMS-lə 8103 qısa nömrəsinə göndərirlər. Bütün
bunlar, əlbəttə
ki, qlobal pandemiyadan az
itki ilə çıxmaq, vətəndaş
sağlamlığının qorunması üçün
dövlətin həyata
keçirdiyi tədbirlərin
tərkib hissəsidir.
Ancaq bu hələ son deyil. Sistemdən istifadədə
çətinlik çəkən
vətəndaşlar üçün
gücləndirilmiş rejimdə
fəaliyyət göstərən
"ASAN xidmət”in 9108 Çağrı
Mərkəzi də istifadəyə verilib.
Yəni
SMS göndərməkdə çətinliyi və ya digər narahatlığı
olan şəxs Çağrı Mərkəzinə
müraciət edərək
suallarına cavab tapa bilir. Mərkəz
bu çətin karantin dönəmində
xalqın xidmətindədir.
Gücləndirilmiş iş rejimində vətəndaş
sorğularını cavablandıran
"ASAN xidmət”in 9108 Cağrı
Mərkəzində yaradılan
şərait və əməkdaşların gündəlik
iş fəaliyyəti
ilə tanış olmaq qərarına gəldik.
Gücləndirilmiş rejim - müraciətlərə ofisdən
və evdən də cavab verilir
Mərkəzə daxil olarkən diqqətçəkən ilk məqam
dezinfeksiya qaydalarına
ciddi əməl edilməsi oldu. Əvvəlcə xüsusi aparatla hərarət yoxlanılır,
sonra əllər spirtlənir. Kompüter arxasında
əyləşən əməkdaşlar
xüsusi maska və tibbi əlcəklərdən
istifadə etməklə
bir-birindən aralı
əyləşiblər.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
Elnur Niftəliyev deyir ki, ölkəmizdə
karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi
Daxili İşlər
Nazirliyi ilə birgə "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması
və Monitorinqi Sistemi”ni ərsəyə gətirib.
Vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə
əlaqədar "ASAN xidmət”in
9108 Çağrı Mərkəzinə
müraciət edilməsi
imkanı yaradılıb.
Bəlli olur ki, fəaliyyətə
başladığı müddətdən
bu günə qədər ilk dəfə
Çağrı Mərkəzi
xidmətlərinin müasir
texnologiyalardan istifadə
edilməklə evdən,
məsafədən həyata
keçirilməsi də
təmin edilib. Yəni vətəndaşlar
üçün rahatlığın
və əlçatanlığın
təmin edilməsi məqsədilə Dövlət
Agentliyinin müxtəlif
struktur bölmələrinin,
o cümlədən "ASAN xidmət” mərkəzlərinin
əməkdaşlarının bəziləri inzibati ofislərindən, digərləri
isə evdən olmaqla Çağrı Mərkəzinin fəaliyyətinə
cəlb olunub və onlar zəruri
texnoloji avadanlıqlarla
təchiz ediliblər.
Gün ərzində 15-17 mindən
çox vətəndaş
müraciəti
Mərkəzdə müxtəlif istiqamətlər
üzrə vətəndaş
müraciətlərini cavablandıran
əməkdaşlar tərəfindən
gün ərzində təxminən 15-17 mindən
çox müraciət
qəbul olunur. 9108 Çağrı Mərkəzi
vasitəsilə müraciətlərin
qəbulu xüsusi karantin rejimi müddətində nəzərdə
tutulur.
Müraciətlər bu müddətdə həftənin bütün
günləri həyata
keçirilir. Eyni zamanda vətəndaşlarımızın
daha asan məlumatlandırılması və
çoxsaylı zənglərin
idarə edilməsi üçün 24 saat avtomatlaşdırılmış rejimdə vətəndaşların
sorğularını cavablandıran
sistem fəaliyyət göstərir.
Maraqlıdır, görəsən gün ərzində daha çox hansı istiqamətlərlə bağlı
müraciətlər olur?
Zənglərin ardı-arası kəsilmədiyi
üçün operatorların
da demək olar boş vaxtları
olmur. Çağrı
Mərkəzinin operatoru
Şərqiyyə Həsənova
deyir ki, ölkədə karantin rejiminin tətbiqi ilə bağlı 9108 Cağrı Mərkəzi
xüsusi gücləndirilmiş
iş rejimində fəaliyyət göstərir.
Vətəndaşlar gün ərzində
əlaqə saxlayıb
müraciətlərini ünvanlayırlar.
Müraciətlərin içərisində ən çox verilən suallar fiziki şəxslərin
SMS icazəsi, yəni
mesajların hansı formada göndərilməsi
və hüquqi şəxslərin, fərdi
sahibkarların icaze.e-gov.az portalından
elektron icazələrin
necə alınması
ilə bağlı olur.
Bu arada Elnur Niftəliyev
deyir ki, "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin
Alınması və Monitorinqi Sistemi” fəaliyyətə başladıqdan
sonra "Elektron hökumət” portalının
xidmətlərindən biri
olan "Əmək müqavilələrinin bildiriş
sistemi” vasitəsilə
80 mindən çox əmək müqaviləsi
bildirişi qeydə alınıb.
Onun sözlərinə görə,
əməkdaşlar üçün
icazələrin əldə
edilməsi səbəbindən
təşkilatlar qeyri-rəsmi
formada çalışdığı
əməkdaşlar ilə
rəsmi əmək müqaviləsi bağlamaq
məcburiyyətində qalıb:
"İcazələr sistemi
vətəndaşlarımızın sağlamlığını qorumağa
xidmət etməklə
yanaşı, şəffaflığın
artırılmasına, kölgə
iqtisadiyyatının qarşısının
alınmasına da müsbət təsirini göstərib”.
Ən çox verilən suallar
Çağrı Mərkəzinin digər operatoru Aygün Əliyeva deyir ki, SMS icazələrlə
bağlı ünvanlanan
suallar daha çox hansı indeks üzrə və neçə saat müddətində yaşayış yerini tərk edilməsi ilə bağlı olur. Bununla yanaşı mərkəzə
həm də hüquqi şəxslər,
fərdi sahibkarların
icazəsi ilə bağlı suallar daha çox ünvanlanan müraciətlər
sırasındadır.
Mərkəzin daha bir əməkdaşı Hatəmi Selcan hava limanında vizaların verilməsi üzrə mütəxəssisdir. Karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq 9108 Çağrı Mərkəzində fəaliyyət göstərir. Mütəxəssisin fikrincə, gün ərzində daha çox 8103 qısa nömrəsinə göndərilən SMS və icaze.e-gov.az portalı üzərindən alınan icazələrlə bağlı vətəndaşların müraciətlərini cavablandırır. Ən çox ünvanlanan suallar içərisində "SMS-i göndərmişəm, avtomobilim üçün də SMS göndərməliyəm” və ya "mən SMS-i mütləq öz adıma olan nömrədən göndərməliyəm” kimi suallar daha çox olur.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzinin əməkdaşı Sona Allahverdiyeva xüsusi karantin rejimi ilə əlaqədar olaraq 9108 Çağrı Mərkəzində çalışır. Vətəndaşların 8103 qısa nömrəsinə göndərdikləri SMS və e-icaze.e-gov.az portalı ilə bağlı daxil olan sualları cavablandıran Sona xanım deyir ki, gün ərzində 100-dən artıq zəng qəbul edir. Sualların əksəriyyəti digərlərində olduğu kimi, SMS icazələri ilə bağlı olur.
Vətəndaş məmnunluğu və şəffaflığın təmini
Çağrı Mərkəzində apardığımız müşahidə, əməkdaşların operativ cavabları, nəzakətli davranışları bizdə xoş təəssüratlar yaratdı və onlara işlərində uğurlar arzulayaraq mərkəzi tərk edirik.
Göründüyü kimi, ölkəmizdə mövcud olan müasir elektron texnologiya vasitəsilə karantin rejimində də vətəndaşlara operativ xidmət göstərilir. Bu da Azərbaycan dövlətinin vətəndaş-hökumət münasibətlərində çeviklik, şəffaflıq prinsipinə əsaslanan "Elektron hökumət” sisteminin tətbiqinə keçidinin uğurlu nəticəsidir. Bütün bunlar, əlbəttə ki, vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi ilə bağlı görülən işlərin real təzahürüdür.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 26 aprel.- S.1;4.