Ənənələri qoruyub yaşadan mərkəz

 

 

"İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci ildə təsis edilib. Mərkəz "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə Birləşmiş Krallıqda yerləşən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında həyata keçirilən birgə layihənin nəticəsidir.

Mərkəz beş fərqli dekorativ tətbiqi sənət növündə (keramika, batika, zərgərlik, taxta və dekorativ rəngkarlıq) sənətkarlıq nümunələrinin hazırlandığı, bu növlər üzrə müxtəlif yaş qruplarına aid fərdi və kollektiv şəkildə ustad dərslərinin keçirildiyi incəsənət mərkəzidir. Burada qədim prinsiplərlə çağdaş dövr arasında vəhdətin qorunması əsas meyardır.

"İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzi Bəylər məscidinin bərpasını və Şirvanşahlar taxt-tacının dizaynının hazırlanmasını da həyata keçirmişdir.

Mərkəzdə hazırlanan bütün sənətkarlıq nümunələri "Dastanbrendi ilə təqdim olunur. Brend 24 Dekabr 2016-cı ildə yaradılıb. "Dastansözü qədim Azərbaycan ədəbiyyatına aid olan eposlardan götürülüb. 5 fərqli istiqamət üzrə hazırlanan bütün sənətkarlıq nümunələri üçün təbii boyalar, ənənəvi üsullar üzrə istifadə olunur və bədii tərtibatlar mərkəzin dizaynerlər qrupu tərəfindən hazırlanır. Hər bir məhsulun dizaynı, hazırlanması ümumilikdə bir neçə ay davam edir. Bədii tərtibat üçün Azərbaycan ərazisində mövcud olan qədim dövrorta əsrlərə aid memarlıq abidələrinin, dekorativ tətbiqi sənət nümunələrinin bədii xüsusiyyətləri nəzərə alınır.

 

Azərbaycan.-2020.- 26 aprel.- S.7.