Azərbaycan
ilə Litva arasında siyasi əlaqələr yaxşı səviyyədədir
Aprelin
27-də Litva tərəfinin təşəbbüsü ilə
Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
videobağlantı formatında danışıblar.
Litva
Prezidenti Qitanas Nauseda Ramazan ayı münasibətilə Azərbaycan
Prezidentini təbrik etdi.
Prezident
İlham Əliyev təbrikə görə minnətdarlığını
bildirdi.
Dövlət
başçıları ikitərəfli münasibətlərə
toxunaraq, siyasi əlaqələrin yaxşı səviyyədə
olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə
qaldırılmasının önəmini qeyd etdilər və
pandemiya başa çatdıqdan sonra Hökumətlərarası
Komissiyanın iclasının keçirilməsinin vacibliyini
bildirdilər.
Litva
Prezidenti Qitanas Nauseda Şərq Tərəfdaşlığına
üzv ölkələrin bu ilin iyun ayında keçirilməsi
nəzərdə tutulan Zirvə toplantısına
hazırlıq dövründə Şərq Tərəfdaşlığı
Proqramı və ümumilikdə Azərbaycan-Avropa
İttifaqı əlaqələrinin vəziyyəti ilə
bağlı Prezident İlham Əliyevdən fikirlərini
bölüşməyi xahiş etdi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak etməklə bərabər, Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verir və bu təşkilatın doqquz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə dair sənədlər imzalamışdır. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədi siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələri əhatə edir.
Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıldı. Litva Prezidenti Qitanas Nauseda pandemiyaya qarşı mübarizədə Azərbaycanın əhəmiyyətli uğurlar qazandığını bildirdi.
Prezident İlham Əliyev koronavirus pandemiyasının
başladığı ilk günlərdən
Azərbaycanın Ümumdünya Səhiyyə
Təşkilatı ilə sıx təmasda olduğunu
və ölkəmizin pandemiya ilə
mübarizədə beynəlxalq səyləri və əməkdaşlığı
dəstəklədiyini vurğuladı.
Azərbaycan.-2020.- 28 aprel.- S.1.