Canda, qanda və qəlbdə xeyirxahlıq
Mehriban xanım
Əliyevanın humanizmə çağırışı irsi qan xəstəliklərindən
əziyyət çəkənlərə yaşam
şansı oldu
Dünya indi üzərindən "Damokl qılıncı” kimi asılmış koronavirus adlı bir bəlayla yaşam savaşı verir. Bəşəriyyəti canı ilə imtahana çəkən COVID-19-a qarşı mübarizə aparmağa çalışır, bütün enerjisini, qüvvəsini, gücünü də ona qarşı yönəldib. Düşmən gözəgörünməz və amansızdır, azacıq bir ehtiyatsızlıq, kiçicik bir yanlışlıq yetər ki, arxasınca böyük təhlükələr, insanlıq tragediyası gətirsin.
Koronavirus təkcə yoluxduğu, hətta ölümünə səbəb olduğu insanların faciəsinə çevrilmir. Demək olar ki, bütün həyatı iflic edir, birbaşa və ya dolayı yolla hər kəsə, hər sahəyə dağıdıcı təsir göstərir. Qorxuya, təşvişə, çarəsizliyə, ümidsizliyə, psixoloji travmalara yol açır.
Amma elə qisim insanlar da var ki, bu çətin və ağır günlərdə köməyə, dəstəyə, qayğıya digərlərindən daha çox ehtiyac duyurlar.
Qan xəstələri kimi...
Qan ver, yaşat
Məlum olduğu kimi, ölkəmizdə koronavirus
pandemiyasının yayılmasının
qarşısının alınması
məqsədi ilə xüsusi karantin rejimi elan edildi. Amma bu müddətdə talassemiya
və hemofiliya, həmçinin leykoz xəstəliyindən əziyyət
çəkən uşaqlar
üçün qan ehtiyatı azaldı.
Lakin onlar köməksiz, dəstəksiz
qalmadılar, problemləri
ilə baş-başa
buraxılmadılar...
Hər zaman olduğu kimi, indi də
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın xüsusi diqqət və nəzarəti altında, dünyada, ölkəmizdə yaşanan
bu çətin, sınaqlarla dolu günlərdə birinci xanımın himayəsində
oldular.
Qan bankında
ehtiyatın azalma ehtimalı ortaya çıxan andan dərhal problemin aradan qaldırılması
istiqamətində lazımi
addımlar atıldı. Aprelin 11-də Heydər Əliyev Fondu və Heydər
Əliyev Mərkəzinin
əməkdaşları qanvermə
aksiyasında iştirak
etdilər.
Qan xəstəliklərindən
əziyyət çəkən
uşaqlara yardım göstərmək və cəmiyyətin diqqətini
bu sosial məsələyə cəlb
etmək üçün
humanist bir addım atdılar, "Qan ver, yaşat” - deyərək cəmiyyətin
digər üzvlərinə
də nümunə oldular.
Bu nəcib əməlinizlə
bir insan həyatının xilaskarı
olursunuz
Birinci vitse-prezident Mehriban Əliyeva da həyata keçirilən
bu xeyirxah təşəbbüsü alqışladı
və "Facebook” səhifəsində bununla
bağlı paylaşım
etdi: "Şəfqət,
mərhəmət, humanizm,
səxavət, xoş
əməllər etmək,
köməyə ehtiyacı
olanın yanında olmaq kimi keyfiyyətlər
həmişə bizim
ən mühüm həyati dəyərlərimiz
olmuşdur və bu gün də
belədir.
Bütün dünyanı sarsıtmış
koronavirus pandemiyası
ilə bağlı ölkəmizdə xüsusi
karantin rejiminin tətbiq olunduğu bir vaxtda xalqımızın
həmrəy olmaq, insansevərlik nümayiş
etdirmək, diqqət və qayğı göstərmək bacarığı
hər birimizə ancaq qürur hissi yaşadır. İrsi
qan xəstəliklərindən,
xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən
keçirilmiş qanvermə
aksiyasında könüllü
olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkürümü
bildirirəm. Siz bu nəcib əməlinizlə
bir insan həyatının xilaskarı
olursunuz. Bu, ən
yüksək qiymətə
layiqdir! Əminəm ki, sizin təşəbbüsünüz
bu məsələyə
laqeyd yanaşmayan və ölkəmizin yaxşılıq etməyə
hazır olan bütün vətəndaşları
tərəfindən dəstəklənəcəkdir!
Çox sağ
olun!”
"Talassemiyasız həyat naminə”
Onu da vurğulamaq yerinə düşər ki, Mehriban Əliyevanın bu sahəyə diqqəti, problemlərin aradan qaldırılması
istiqamətində görülən
işlər illər öncəyə dayanır.
Hələ 2005-ci ildə Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
talassemiya problemlərinə
həsr olunmuş
"Talassemiyasız həyat
naminə” mövzusunda
keçirilən tədbirdə
Birinci vitse-prezident Mehriban Əliyeva bu sahə üzrə
ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılmasının vacibliyini
vurğulamışdı: "Talassemiyadan ən çox uşaqlar əzab çəkir. Xəstəlik böyük-kiçik tanımasa da, uşaqların əzabı
daha ağrıdıcıdır.
Amma dünyada bu xəstəlikdən tamamilə sağalan insanlar var. Ona görə çox böyük iş görmək lazımdır
və bunun öhdəsindən yalnız
birlikdə gəlmək
olar. Həm dövlət, həm
də ictimaiyyət, fondlar, imkanlı insanlar birlikdə bu bəlanın qarşısını ala bilərlər.
Heydər Əliyev Fondu
üçün isə
əsas məsələ
ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılmasıdır.
Beləliklə, biz bu gün bu
problemin həlli yolunda birinci addımı birlikdə atdıq. Heydər Əliyev Fondu
bu istiqamətdə hər bir yardımı
dəstəkləyir və
təklifləri gözləyir”.
Bəli,
artıq bu gün həmin tədbirdə qarşıya
qoyulan xeyli hədəflərə çatılıb
və ən əsası da xəstəliyin artmasının
qarşısının alınması
istiqamətində aparılan
işlər uğurla
həyata keçirilib
və proses bu gün də
müvəffəqiyyətlə davam edir.
Qeyd edək
ki, 2009-cu ildə uşaqların sağlamlığının
qorunması prioritet istiqamətlərindən biri
olan Heydər Əliyev Fondunun proqramı çərçivəsində
tikilən Talassemiya Mərkəzinin açılışında
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.
Talassemiyalı xəstələr bu mərkəzdə daimi müalicə alır, həmçinin müvafiq tədbirlər nəticəsində qan və onun komponentləri ilə təmin olunurlar.
Eyni zamanda ölkə başçısının sərəncamları əsasında genetik xəstəliklər olan hemofiliya və talassemiyaya dair dövlət proqramı qəbul olunub. Həmin proqramın icrasına 2005-ci ildən başlanılıb və bu proqrama əsasən bu günə qədər bütün irsi qan xəstəliyindən əziyyət çəkən, o cümlədən də talassemiya və hemofiliyalı xəstələrin dərman təminatı və müalicəsi pulsuz həyata keçirilir.
İllərdir ki, ölkəmizdə qanvermə aksiyaları keçirilir
Hazırda Azərbaycanda təxminən 1500-ə yaxın irsi qan xəstəliyindən əziyyət çəkən xəstə var. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölgələrdə 8 regional qan mərkəzi var və mərkəz regional qan mərkəzlərinə də öz yardım və dəstəyini göstərir.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə 10 ildən artıqdır ki, talassemiya, eləcə də irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün qanvermə aksiyaları keçirilir və ictimaiyyətimiz bu xeyriyyə aksiyalarında fəal iştirak edir.
Elə indi, koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda da qana ehtiyacı olanlara yardım edən xeyli sayda mərhəmətli vətəndaşımız var. Genetik yaddaşında humanistlik, köməyə ehtiyacı olana əl tutmaq kimi nəcib hissləri qoruyan Vətən övladları Azərbaycanın hər bölgəsindən, şəhərindən və kəndindən Mehriban xanımın xeyirxahlığa dəvətinə səs verdilər. Qan verib yaşatmaq üçün candan, qəlbdən və könüldən gələn bu insanpərvər çağırışa qoşuldular...
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 29 aprel.- S.1;7.