“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
3-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Azərbaycan Respublikası
Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, № 2, maddə 106; 2001, № 12, maddə 731; 2002, № 1, maddə
4; 2004, № 8, maddə 606, № 9, maddə 666; 2007, № 3, maddə
206, № 6, maddələr 560, 598, № 11, maddə 1078; 2008, № 8, maddə
699, № 11, maddə 960; 2009, № 6, maddə 395; 2010, № 4, maddə
276; 2013, № 12, maddə 1497; 2018, № 3, maddə 399, № 5, maddə
886, № 12 (I kitab), maddə
2481; 2019, № 7, maddə 1194) 4-cü maddəsinə aşağıdakı
məzmunda ikinci hissə əlavə edilsin:
"Karantin rejiminin
tətbiqi ilə əlaqədar ölkə
ərazisində sərbəst
hərəkətə qoyulan
məhdudiyyətlər deputata,
onun şəxsi və xidməti nəqliyyat vasitələrinə
şamil edilmir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel
2020-ci il
Azərbaycan.-2020.-
29 aprel.- S.3.