Azərbaycan
Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Milli Məclisinin
Daxili Nizamnaməsi”ndə dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
92-ci maddəsini və
95-ci maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 2, maddə 107; 1999, ¹ 5, maddə 284; 2000, ¹ 6, maddə
380, ¹ 12, maddələr 832, 834; 2003, ¹ 2, maddə 77; 2004, ¹ 5, maddə
314; 2006, ¹ 1, maddə 3, ¹ 5, maddə 396, ¹ 12, maddə
1005; 2007, ¹ 8, maddə 755, ¹ 11, maddələr 1049, 1081; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 3, maddə
171; 2013, ¹ 4, maddə 358; 2016, ¹ 1, maddə 35; 2019, ¹ 1, maddə
1, ¹ 8, maddə 1365) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikası
Milli Məclisinin Daxili Nizamnaməsi”nin
3-cü maddəsinə aşağıdakı
məzmunda səkkizinci
hissə əlavə edilsin:
"Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər
tədbirlərlə əlaqədar
Milli Məclisin 42 deputatının müraciəti
əsasında Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə
Milli Məclisin komitə və komissiyalarının iclaslarının
müəyyən dövr
üçün real vaxt
rejimində videokonfrans
sistemi vasitəsilə
keçirilməsi barədə
sərəncam qəbul
edir. Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların
gücləndirilmiş elektron
imzaları vasitəsilə
həyata keçirilir.”.
Maddə 2. Bu Qanun
2020-ci il dekabrın 30-dək qüvvədədir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel
2020-ci il
Azərbaycan.-2020.-
29 aprel.- S.3.