“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
92-ci maddəsini və
95-ci maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Azərbaycan
Respublikası Milli Məclisinin komitələri
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 9, maddə 565; 2000, ¹ 12, maddə 833; 2005, ¹ 10, maddə
876; 2007, ¹ 5, maddə 437; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 4, maddə
276; 2011, ¹ 2, maddə 71; 2016, ¹ 1, maddə 34; 2019, ¹ 4, maddə
576, ¹ 6, maddə 1004) 5-ci maddəsinə
aşağıdakı məzmunda
dördüncü hissə
əlavə edilsin:
"Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər
tədbirlərlə əlaqədar
Azərbaycan Respublikası
Milli Məclisinin 42 deputatının müraciəti
əsasında Azərbaycan
Respublikası Milli Məclisinin Sədri komitələrin iclaslarının
müəyyən dövr
üçün real vaxt
rejimində videokonfrans
sistemi vasitəsilə
keçirilməsi barədə
sərəncam qəbul
edir. Videokonfrans sistemi vasitəsilə keçirilən komitə
iclaslarında qeydiyyat
və səsvermə deputatların gücləndirilmiş
elektron imzaları vasitəsilə həyata keçirilir.”.
Maddə 2. Bu Qanun
2020-ci il dekabrın 30-dək qüvvədədir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel
2020-ci il
Azərbaycan.-2020.-
29 aprel.- S.3.