Azərbaycan
XİN: UFC-nin prezidentinə etiraz məktubu göndərilib
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dünən UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin "bayrağını” qaldırmasına münasibət bildirib.
XİN-dən AZƏRTAC-a bildiriblər ki, Leyla Abdullayeva bununla bağlı deyib: "UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma "bayrağının” qaldırılması ilə bağlı ölkəmizin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğu tərəfindən UFC prezidentinə etiraz məktubu göndərilib.
Məktubda qanunsuz
qurumun Ermənistanın hərbi təcavüzünün
nəticəsindən başqa bir şey
olmadığı bildirilib və
ABŞ-ın Azərbaycanın ərazi
bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi
UFC rəhbərliyinin diqqətinə
çatdırılıb. UFC qaydalarına
istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin
bayraqlarının nümayiş etdirilməsinə
icazə verildiyi qeyd olunaraq, yarışı siyasiləşdirmək
cəhdlərinə görə erməni əsilli
döyüşçüyə qarşı müvafiq
nizam-intizam tədbirlərinin həyata
keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması
tələb edilib.
Azərbaycan.- 2020.- 5 avqust.- S. 2.