Qarabağ qaziləri Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildirirlər

 

Azərbaycanın tarixi ərazilərinə təcavüz edən Ermənistanın son aylar bir az da aqressivləşməsi, dövlət sərhədlərini Tovuz rayonu istiqamətdən pozması və buna layiqli cavab alması beynəlxalq miqyasda onun işğalçılıq siyasətindən hələ də əl çəkmədiyini təsdiqləmiş oldu.

Təbii ki, Ermənistanın bu gün Azərbaycanla heç bir sahədə, xüsusən də hərbi məsələlərdə rəqabət aparacaq səviyyədə olmadığını onun havadarları da yaxşı bilirlər. Yaşanan son hadisələrdə də xalqımızın öz dövləti və onun Prezidentinin ətrafında sıx birləşərək, təcavüzkara qarşı barışmaz mövqedə olması xüsusilə qürurvericidir. Bu, həm də düşmən tərəfə cənab Ali Baş Komandanın bildirdiyi kimi, bir mesajdır: "Qarabağ Azərbaycandır!”

Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Ermənistanın təcavüzkarlığını qətiyyətlə pisləyir, onun işğalçı və terrorçu bir "dövlət” olduğunu dünya birliyinə çatdırır.

Avropa İttifaqında ölkələrin ərazi bütövlüyünə hörmət prinsipi yüksələn xətlə inkişaf edir. Xarici İşlər Nazirləri Şurasının 11 may 2020-ci il tarixində qəbul etdiyi Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı Yekunlar sənədində ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq nizamahüquqa olan sadiqlik ifadə edilmişdir. 28 may 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının regional təşkilatlar arasında əməkdaşlıq mövzusunda video-konfransı zamanı Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirmişdir ki, milli suverenlik və ərazi bütövlüyünün dəstəklənməsi Aİ-nin ŞT ölkələri ilə münasibətlərinin əsas elementləri olaraq qalacaqdır.

2020-ci il iyunun 10-da Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri xanım Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Trayan BaseskuAP-nin Azərbaycan üzrə daimi məruzəçisi xanım Zelyano Zovko Ermənistan və işğal olunmuş Dağlıq Qarabağı birləşdirəcək qanunsuz üçüncü magistral yol ilə bağlı bəyanat vermişlər. Təqdirəlayiq haldır ki, bəyanatın dili Ermənistana münasibətdə olduqca sərtdir. Avropa Parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını açıq-aşkar bəyan edir. Sözügedən bəyanat və yuxarıda qeyd olunan məqamlar artıq Avropa İttifaqının bütün spektrlərində ərazi bütövlüyü məsələsinə münasibətdə vahid yanaşmaya doğru istiqamətləndiyini göstərir.

Dövlət başçısı video-konfransda Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsini, orada qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdiyini vurğulamış və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hələ də qarşı tərəfdən icra edilmədiyini bildirmişdir.

Bəli, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə, orada qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksinə olaraq, Dağlıq Qarabağ Ermənistan deyil. "Dağlıq Qarabağ Azərbaycandır!” və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Bütün bunları qeyd etməkdə məqsədimiz Azərbaycan Prezidentinin hər bir çağırışına cavab olaraq, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yaralanaraq sağlamlığını itirmiş müharibə əlillərini və veteranlarını ətrafında cəmləyən "Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin üzvləriAli Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan edir: "Təşkilatımız Azərbaycanın işğal altında qalan ərazilərinin azad olunması üçün müharibə başlayacağı təqdirdə Ali Baş Komandanın əmrinə hazırdır! Bu zəfər savaşı ilə bağlı üzərimizə düşən bütün göstəriş və tapşırıqları icra etmək üçün varlığımızı əsirgəməyəcəyik! Təki Vətən yaşasın”.

"Biz birlikdə güclüyük!”

 

Firudin MƏMMƏDOV,

 

"Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri

 

Azərbaycan.- 2020.- 5 avqust.- S. 8.