Yaşıllıq həm gözəllik, həm də sağlamlıqdır

 

Bakının Yasamal rayonunda salınan yeni meşə-park paytaxt sakinlərinə dəyərli hədiyyə olacaq

 

Yasamal rayonunda meşə tipli yeni park salınır. Bu layihə bir neçə səbəbdən əhəmiyyətlidir. Əvvəla, bu, sosial layihədir paytaxtda aparılan abadlıq-quruculuq işlərinin bir hissəsini təşkil edir.

Daha bir məqam parkın özəlliyi, yəni meşə tipli olmasıdır. Beləliklə, yeni park Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək, üstəlik, ətrafındakı ərazilərdə yaşayan insanların öz istirahətlərini xoş mənalı keçirməsi üçün geniş imkanlar yaradacaq.

Bu günlərdə Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın parkda görüləcək işlərlə tanış olması layihənin Bakının sakinləri qonaqları üçün əhəmiyyətli olduğuna bir daha diqqət çəkir.

Meşə tipli yeni parkın layihəsi dövlət başçısının tapşırığına əsasən hazırlanıb. Belə ki, əvvəllər bu ərazi bir sıra şəxslər tərəfindən zəbt olunmuşdu onların niyyəti həmin sahəni hissə-hissə satmaq idi. Lakin Prezidentin müdaxiləsi nəticəsində bu qanunsuz əməllərə son qoyuldu sözügedən torpaq sahəsi dövlət fonduna qaytarıldı.

Hazırda bu ərazidə salınan meşə-parkda işlərin necə getdiyi ilə tanış olarkən Prezident İlham Əliyev demişdir: "Dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün vətəndaşların sərəncamına gözəl bir park verilsin.

O vaxt şərtlərdən biri o idi ki, bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılsın, park təbii olsun. Burada bir çox hündürmərtəbəli binalar var, minlərlə insan yaşayır şəhər içində sanki kiçik bir meşə yaradılsın. Ona görə burada təbii landşafta maksimum üstünlük verilməlidir. Təbii ki, burada istirahət, fitnes, əyləncə zonaları, oturacaqlar olacaq. Ancaq yaşıllıqlar daha geniş ərazini əhatə etsin, ağaclar əkilsin insanlar gəlib burada rahat istirahət edə bilsinlər, dincəlsinlər, bunun şəhərimizin ümumi inkişafına böyük töhfəsi olsun. Hesab edirəm ki, layihə çox yaxşı tərtib olunub burada daha çox yaşıllıqlara üstünlük verilir”.

Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən dövlət siyasətində ekoloji məsələlərin, o cümlədən yeni yaşıllıqların salınmasının özünəməxsus yeri var. Belə ki, davamlı olaraq yeni yaşıllıq zolaqları, meşə massivləri salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Bu il mayın 10-da Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkmələri yaşıllığa həssas münasibətin daha bir nümunəsi idi.

Ağacların məhz Ulu Öndər Heydər Əliyevin doğum günü əkilməsi təsadüfi deyildi. Çünki ölkəmizdə ekoloji siyasətin əsası Ümummilli Lider tərəfindən qoyulub. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllığı az olan ərazilərin, o cümlədən Bakının Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verib. Bu siyasətin uğurlu davamı olaraq hazırda Azərbaycanda ekoloji məsələlərin həllinə xüsusi diqqət göstərilir, o cümlədən yeni yaşıllıqların salınması istiqamətində mühüm layihələr həyata keçirilir.

Bu layihələr təkcə paytaxtı deyil, ölkəmizin digər şəhər rayonlarını da əhatə edir. Məsələn, kimya sənayesinin sürətli inkişafı müəyyən standartlara riayət edilməməsi nəticəsində bir zamanlar ekoloji vəziyyəti çox ağır olan Sumqayıt indi təmiz, yaşıllıqlara bürünmüş şəhərə çevrilib. Bu müasir sənaye mərkəzində yeni parkların sayı ildən-ilə artır.

Bakının Yasamal rayonunda tezliklə istifadəyə veriləcək meşə tipli park yaşıllıqsalma layihələrinin uğurla davam etdiyinin göstəricisidir. Park dörd hektar ərazini əhatə edir, sahəsinin 70 faizi meşə zonasından ibarət olacaq. Burada işlərin üzümüzə gələn payız aylarında tamamlanacağı gözlənilir. Prezidentimiz: "Əgər bu ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər,”- demişdir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.- 7 avqust.- S. 1; 5.