Qəbələdə general-mayor Polad Həşimov
küçəsindən reportaj
Qəbələdə mərkəzi küçələrdən
birinə şəhid
general-mayor Polad Həşimovun
adı verilib. Ötən gündən
etibarən Polad Həşimov yazılan lövhələr artıq
küçəboyu yerləşdirilib.
Amma bəzi kütləvi informasiya vasitələrində
və sosial şəbəkələrdə Qəbələ şəhərində
şəhid general-mayor Polad
Həşimovun adının
Həzi Aslanov küçəsinə verilməsi
ilə bağlı yalan məlumatlar yayılıb.
Rayon icra hakimiyyətinin
baş memarı Təbriz Abdulxalıqov
AZƏRTAC-a bildirib ki,
Qəbələ rayonunda
Həzi Aslanov küçəsinə Polad
Həşimovun adının
verilməsi barədə
məlumat həqiqətə
uyğun deyil və əsassızdır.
Baş memarın
sözlərinə görə,
Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər
xiyabanının yerləşdiyi
küçəyə verilib. "Polad Həşimov küçəsi başlanğıc
nöqtəsi Həzi
Aslanov küçəsi
ilə kəsişmədən
başlayaraq son nöqtəsi
Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam
edir. Yəni Həzi Aslanov
küçəsinin adı
dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi
Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq,
son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi
zamanı həlak olmuş şəxslərin
xatirəsinin əbədiləşdirilməsi
məqsədilə ucaldılmış
abidə kompleksinədək
uzanır. Bir daha kütləvi informasiya vasitələrini və sosial media istifadəçilərini
həqiqətə uyğun
olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq
yaratmaqdan çəkinməyə
çağırırıq”, - deyə Təbriz Abdulxalıqov bildirib.
Qəbələ şəhər sakini
Sədaqət Bayramova
ilə söhbət zamanı deyib ki, general-mayor Polad Həşimovun adının
Qəbələnin ən
böyük və baxımlı, yerli sakinlərin, eləcə də turistlərin sıx hərəkət etdikləri küçəyə
verilməsi, həqiqətən
də, qürurvericidir.
Vəndam qəsəbə sakini Eyvaz Kazımov isə vurğulayıb ki, Polad Həşimovun
adı hər bir azərbaycanlının
qəlbində daim yaşayacaq. Bununla belə, şəhidimizin
adının rayonun küçələrindən birinə
verilməsi hər bir qəbələlidə
qürur hissi doğurub.
Qeyd edək
ki, general-mayor Polad Həşimov Ermənistanın
Azərbaycanla dövlət
sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar
zamanı müdafiənin
ön xəttində qəhrəmancasına şəhid
olub. O, 2-ci Fəxri xiyabanda
dəfn edilib. İyulun
30-da Qəbələ rayonuna səfəri
çərçivəsində Prezident İlham Əliyev Qəbələnin Vəndam
kəndində anadan olmuş
general-mayor Polad Həşimovun
xatirəsinin əbədiləşdirilməsi üçün
rayonun küçələrindən birinə
onun adının verilməsi və digər
müvafiq tədbirlərin
görülməsi barədə rayon icra hakimiyyətinin başçısına
tapşırıq vermişdi.
Azərbaycan.- 2020.- 7 avqust.- S. 6.