“Dövlət torpaq kadastrı, torpaqların
monitorinqi və yerquruluşu
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Dövlət
torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 3, maddə 157; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 10, maddə
938; 2018, ¹ 7 (I kitab), maddə
1387) 11-ci maddəsinin birinci
hissəsinin onuncu abzasının sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda on birinci abzas əlavə edilsin:
"İcra
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq icra hərəkətlərinin
həyata keçirilməsində.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 iyun 2020-ci il
Azərbaycan.- 2020.- 11 avqust.-
S. 3.