“Qrant haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu və 15-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
"Qrant haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 6, maddə 366; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 12, maddə
706; 2003, ¹ 1, maddə 1; 2009, ¹ 8, maddə 611; 2013, ¹ 3, maddə
215; 2014, ¹ 2, maddə 82, ¹ 11, maddələr 1358, 1369; 2017, ¹ 3, maddə 335; 2019, ¹ 1, maddə
27) 4-cü maddəsinə aşağıdakı
məzmunda 4-3-cü hissə
əlavə edilsin:
"4-3. Qeyri-hökumət
təşkilatları qrant
müqavilələrinin (qərarlarının)
"Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun
24-3-cü maddəsinə uyğun
olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün
müraciət edə
bilərlər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 iyun 2020-ci il
Azərbaycan.- 2020.- 11 avqust.-
S. 3.