İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

"İcra məmurları haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 18; 2001, ¹ 11, maddə 687, ¹ 12, maddə 731; 2003, ¹ 1, maddə 23; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133; 2006, ¹ 11, maddə 928; 2007, ¹ 1, maddə 4, ¹ 7, maddə 712; 2010, ¹ 7, maddə 591; 2011, ¹ 6, maddə 477, ¹ 7, maddə 584, ¹ 12, maddə 1092; 2013, ¹ 7, maddə 788; 2015, ¹ 3, maddə 252; 2016, ¹ 6, maddə 991; 2018, ¹ 7 (I kitab) maddə 1423; Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 103-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-ci maddənin dördüncü-altıncı hissələri müvafiq olaraq beşinci-yeddinci hissələr hesab edilsin həmin maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

"Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”.

2. 13-cü maddənin birinci hissəsinin birinci cümləsində "büdcəsi,” sözü "büdcəsi icra xidmətisözləri ilə əvəz edilsin, ikinci cümləsinə isə "büdcəsisözündən sonra " bu Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan vəsaitsözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2020-ci il

 

Azərbaycan.- 2020.- 11 avqust.- S. 3.