Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 iyun tarixli 158-VIQD nömrəli Qanununun tətbiqi və “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Qrant haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2020-ci il 30 iyun tarixli 158-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. "Qrant haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 381; 2003, ¹ 9, maddə 478; 2014, ¹ 7, maddə 823; 2015, ¹ 10, maddə 1125; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddə 368) 2.5-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:

"2.6. həmin Qanunun 4-cü maddəsinin 4-3-cü hissəsində "müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemidedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Fərdi elektron pəncərəelektron məlumat sistemi nəzərdə tutulur.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Qrant haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2020-ci il 30 iyun tarixli 158-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2020-ci il

 

Azərbaycan.- 2020.- 11 avqust.- S. 3.