İcra məmurları
haqqında Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikasının 2020-ci il 29 iyun tarixli 144-VIQD nömrəli
Qanununun tətbiqi və İcra
məmurları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "İcra məmurları haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
2020-ci il 29 iyun tarixli 144-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. "İcra məmurları haqqında
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 5 yanvar tarixli 246 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 25; 2002, ¹ 5, maddə 262, ¹ 8, maddə
478; 2011, ¹ 4, maddə 278; 2018, ¹ 7 (I kitab), maddə 1469; Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 18
iyun tarixli 1070 nömrəli Fərmanı)
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 2.1-ci bəndə
"dördüncü hissəsində
sözlərindən sonra
"və 12-ci maddəsinin
dördüncü hissəsinin
ikinci cümləsində
sözləri əlavə
edilsin;
1.2. 2.2-ci bəndə
"ikinci hissəsində
sözlərindən sonra
"və dördüncü
hissəsinin birinci cümləsində (ikinci
halda) sözləri əlavə edilsin;
1.3. 2.5-ci bəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.6-cı bənd əlavə
edilsin:
"2.6. həmin
Qanunun 12-ci maddəsinin
dördüncü hissəsinin
birinci cümləsində
"müvafiq icra hakimiyyəti orqanının
işçiləri dedikdə
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Aparatının Probasiya
xidmətinin, Naxçıvan
Muxtar Respublikasının
Ədliyyə Nazirliyi
Aparatının Probasiya
qurumunun və yerli probasiya qurumlarının işçiləri
nəzərdə tutulur..
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. "İcra məmurları haqqında
Azərbaycan Respublikası
Qanununun 12-ci maddəsinin
dördüncü hissəsinin
ikinci cümləsinə
uyğun olaraq, cərimə və islah işləri növlərində cəzaların,
habelə hüquqi şəxslərə tətbiq
edilən cərimə
növündə cinayət-hüquqi
tədbirlərin icrası
ilə əlaqədar
daxil olan vəsaitdən istifadə
qaydasını iki ay müddətində Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
müəyyən etsin;
2.2. "İcra məmurları haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
2020-ci il 29 iyun tarixli 144-VIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 avqust 2020-ci il
Azərbaycan.- 2020.- 11 avqust.- S. 3.