“Sosial sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2020-ci il 30 iyun tarixli 154-VIQD nömrəli
Qanununun tətbiqi və “Sosial
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 30 iyun tarixli 154-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. "Sosial sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 5, maddə 349; 2006, ¹ 7, maddə 587; 2007, ¹ 12, maddə
1226; 2009, ¹ 8, maddə 630; 2016, ¹ 6, maddə 1021, ¹ 9, maddə
1464; 2018, ¹ 12 (I kitab), maddə
2578; 2019, ¹ 7, maddə 1220; 2020, ¹ 5, maddə 562; Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 2 iyun tarixli 1046 nömrəli Fərmanı) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 2.1-3-cü bənddə
"1-ci hissəsinin on birinci
abzasında” sözləri
"birinci hissəsinin
beşinci və altıncı abzaslarında”
sözləri ilə əvəz edilsin;
1.2. 2.3-cü bənddə
"dördüncü (hər
iki halda) və beşinci” sözləri "ikinci hissəsinin üçüncü
(hər iki halda) və dördüncü” sözləri
ilə, "altıncı”
sözü "dördüncü”
sözü ilə əvəz edilsin;
1.3. 2.4-cü bənddə
"dördüncü (hər
iki halda) və beşinci” sözləri "ikinci hissəsinin üçüncü
(hər iki halda) və dördüncü” sözləri
ilə, "iyirmi üçüncü abzaslarında,
18-ci maddəsinin birinci
hissəsinin altıncı”
sözləri "iyirmi
ikinci abzaslarında,
18-ci maddəsinin birinci
hissəsinin dördüncü”
sözləri ilə əvəz edilsin;
1.4. 2.6-cı bənddə
"iyirmi üçüncü”
sözləri "iyirmi
ikinci” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 30 iyun tarixli 154-VIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 avqust 2020-ci il
Azərbaycan.- 2020.- 11 avqust.-
S. 3.