Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 491; 2011, ¹ 11, maddə 995; 2013, ¹ 9, maddə 1048; 2014, ¹ 9, maddə 1060, ¹ 10, maddə 1177; 2015, ¹ 2, maddə 117; 2016, ¹ 5, maddə 867, ¹ 11, maddə 1798; 2017, ¹ 5, maddələr 777, 818; 2018, ¹ 12 (I kitab), maddə 2586; 2019, ¹ 6, maddə 1029) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü hissədə "Lisenziyalar icazələrportalı, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri "Giriş-çıxış qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemisözləri "Giriş-çıxış qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, "Lisenziyalar icazələrportalı "Elektron icrainformasiya sistemisözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 13.6-cı 13.7-ci bəndlər əlavə edilsin:

"13.6. "Elektron icrainformasiya sistemi tərəfindən təmin olunan məlumatlar:

13.6.0. icra sənədlərinə əsasən mülki hüquqi öhdəliyin inzibati tənbehin olması barədə məlumatlar.

13.7. Sistem tərəfindən "Elektron icrainformasiya sisteminə təqdim olunan məlumatlar:

13.7.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər haqqında məlumatlar;

13.7.2. Azərbaycan Respublikasında müvəqqəti ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış ya qaçqın statusu almış şəxslər haqqında məlumatlar;

13.7.3. əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2020-ci il

 

Azərbaycan.- 2020.- 11 avqust.- S. 3.