Belarus Respublikasının Prezidenti
Zati-aliləri cənab Aleksandr Lukaşenkoya
Hörmətli Aleksandr
Qriqoryeviç,
Belarus Respublikasının
Prezidenti vəzifəsinə
yenidən seçilməyiniz
münasibətilə Sizi
təbrik edirəm.
Seçkilərin nəticələri Belarus vətəndaşlarının
Sizə yüksək etimadını, ölkənizin
inkişafı naminə
yürütdüyünüz siyasi xəttə geniş xalq dəstəyini bir daha təsdiq etdi.
İnanıram ki, bu inamlı
qələbəniz qardaş
Belarusun çiçəklənməsinə
və onun beynəlxalq mövqelərinin
daha da güclənməsinə
xidmət edəcək,
xalqlarımız arasında
dostluq ənənələrinə
əsaslanan Azərbaycan-Belarus
strateji tərəfdaşlıq
və hərtərəfli
əməkdaşlığının davamlı inkişafına
töhfə verəcəkdir.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı,
xoşbəxtlik və
qardaş Belarus xalqının
rifahı naminə fəaliyyətinizdə yeni-yeni
uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 avqust 2020-ci il.
Azərbaycan.- 2020.-11 avqust.-
S.1.