Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin
qırıcıları təlim-məşq
uçuşları keçiriblər
“TurAz Qartalı – 2020” Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin mərhələsinin ssenarisinə uyğun olaraq hərbi təyyarəçilər pilotaj texnikası, həmçinin qoşa və manqa ilə uçuşları məşq ediblər.
Döyüş
təyyarələrinin ekipajları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə
icra ediblər.
Azərbaycan.-
2020.- 11 avqust.- S.7.