“Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
"Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 1, maddə 8; 2005, ¹ 1, maddə 1, ¹ 8, maddə
700; 2006, ¹ 2, maddə 70; 2008, ¹ 2, maddə 49; 2010, ¹ 4, maddə
265; 2012, ¹ 1, maddə 2, ¹ 7, maddə 651; 2013, ¹ 12, maddə
1479; 2014, ¹ 2, maddə 78, ¹ 7, maddə 769, ¹ 11, maddə
1356, ¹ 12, maddə 1526; 2015, ¹11, maddə 1259; 2016, ¹ 4, maddə
644, ¹ 10, maddə 1606; 2017, ¹ 5, maddələr 709, 724, ¹ 10, maddə
1775; 2018, ¹ 12 (I kitab), maddələr
2471, 2531; 2019, ¹ 1, maddələr 16, 21, ¹
2, maddə 176, ¹ 6, maddə
999, ¹ 7, maddə 1203; Azərbaycan
Respublikasının 2020-ci il
19 may tarixli 99-VIQD nömrəli
Qanunu) aşağıdakı
məzmunda 9.2-3-cü və
9.2-4-cü maddələr əlavə
edilsin:
"9.2-3. Qeyri-hökumət
təşkilatlarının təsis sənədlərində
edilən dəyişikliklərin,
eləcə də qeydə alınmış
faktların hər bir sonrakı dəyişikliklərinin dövlət
qeydiyyatı bu qanunun tələbləri nəzərə alınmaqla
və gücləndirilmiş
elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir.
9.2-4. Müvafiq
icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş
elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və
istifadəçiləri öz
fəaliyyətində həmin
sistem vasitəsilə
əldə edilən sənədlərdən istifadə
edirlər. Həmin sistemdən əldə
edilən sənədlər
dövlət qurumlarına
və şəxslərə
kağız daşıyıcılarda,
yaxud "Elektron imza və elektron
sənəd haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər.”
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 iyun 2020-ci il
Azərbaycan.- 2020.- 12 avqust.- S. 3.