Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (I kitab),
maddə 202, ¹ 3, maddələr
397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654,
¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr
1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, ¹
12, maddələr 1984, 2000, 2009, 2024, 2049;
2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr
147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5,
maddələr 698, 701, 734, 749, 754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979, ¹ 12 (I kitab), maddələr 2214,
2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə
19, ¹ 2, maddələr 160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404, ¹ 4, maddə
646, ¹ 5, maddələr 857, 860, 862, 876, 883,
¹ 6, maddələr 1153, 1168, ¹ 7 (I kitab), maddələr 1435,
1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr
4, 6, 15, 18, 44, ¹ 3, maddələr 374, 389, ¹
4, maddələr 579, 581, 587, 595, ¹ 5, maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992, 998, 1007, ¹ 7, maddə
1193, ¹ 8, maddələr 1364, 1367, 1368, 1381,
1383, ¹ 11, maddələr 1682, 1686, 1696, ¹
12, maddələr 1883, 1900; 2020, ¹ 3, maddə 222; Azərbaycan Respublikasının 2020-ci il
30 mart tarixli 41-VIQD nömrəli,
24 aprel tarixli 62-VIQD nömrəli, 1 may tarixli 69-VIQD nömrəli,
8 may tarixli 94-VIQD nömrəli,
2 iyun tarixli 124-VIQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər
edilsin:
1. Aşağıdakı
məzmunda 28.3-1-ci maddə
əlavə edilsin:
"28.3-1. Məhkəmə
tərəfindən ictimai
işlər növündə
inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə
həmin işlərin
yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini
gəzdirmək və
həmin vasitənin işlək vəziyyətdə
saxlanılması üçün
ona xidmət etmək vəzifəsi qoyulur.”.
2. 154.3-cü maddə
aşağıdakı redaksiyada
verilsin:
"154.3. İcra
məmuru:
154.3.1. barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin
qeydiyyatını aparır,
onlara tənbehin icrasının qayda və şərtlərini
izah edir;
154.3.2. barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə
elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun
üzərlərində daşımalı,
istifadə etməli olduqlarını, işlək
vəziyyətdə saxlanılması
üçün ona xidmət qaydalarını,
habelə hər hansı müdaxilənin və ya elektron
nəzarət vasitəsindən
istifadədən imtina
edilməsinin yolverilməzliyini
izah edir və bu barədə
protokol tərtib edir;
154.3.3. barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin
davranışına, onların
ictimai işlərin yerinə yetirilməli olduğu yerlərə vaxtında gəlmələrinə
və həmin yerləri müəyyən
olunmuş vaxtdan sonra tərk etmələrinə nəzarət
edir;
154.3.4. barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin
işləmiş olduğu
vaxtın uçotunu aparır, ayda iki dəfədən az olmayaraq, şəxsin
ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə
baş çəkməklə
protokol tərtib edir;
154.3.5. ictimai
işlər növündə
inzibati tənbehin bu məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi
üçün digər
tədbirləri görür.”.
3. Aşağıdakı
məzmunda 156-1-ci maddə
əlavə edilsin:
"Maddə 156-1. İnzibati tənbeh
tətbiq etmə zamanı elektron nəzarət vasitələrinin
tətbiqi xüsusiyyətləri
156-1.1. Barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə
elektron nəzarət vasitələri tətbiq edilir.
156-1.2. Elektron
nəzarət vasitələrinin
tətbiqi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
156-1.3. Elektron
nəzarət vasitələri
tətbiq edilmiş şəxslərin müəyyən
edilmiş vəzifələri
yerinə yetirməsinə
nəzarət icra məmurları tərəfindən
həyata keçirilir.
156-1.4. Elektron
nəzarət vasitələri
tətbiq edilmiş şəxslərə elektron
nəzarət vasitəsi
təqdim olunur və həmin vasitənin işlək vəziyyətdə saxlanılması
üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin yolverilməzliyi,
həmçinin bu əməlin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.
156-1.5. Elektron
nəzarət vasitəsi
tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə
və ya digər üsulla yararsız vəziyyətə
saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.”
4. 529-cu maddənin
"Qeyd” hissəsinə
aşağıdakı məzmunda
2.2-1-ci bənd əlavə
edilsin:
"2.2-1. elektron
nəzarət vasitəsini
gəzdirməkdən imtina
etmək, onu zədələmək və
ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması
üçün üzrsüz
səbəbdən ona
xidmət etməmək;”
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 iyun 2020-ci il
Azərbaycan.-
2020.- 12 avqust.- S. 3.