“Azərbaycan Respublikasının
Cəzaların İcrası Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 29 iyun tarixli
146-VIQD nömrəli Qanununun tətbiqi və
“Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun
və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsinin tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Cəzaların
İcrası Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2020-ci il 29 iyun tarixli 146-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. "Azərbaycan
Respublikasının Cəzaların
İcrası Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsinin
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (III kitab),
maddə 611; 2002, ¹ 8, maddə
478; 2008, ¹ 3, maddələr 168, 170, ¹ 7, maddə 618; 2011, ¹ 4, maddə
279; 2013, ¹ 8, maddə 893; 2016, ¹ 4, maddə 676; 2018, ¹ 3, maddə
353, ¹ 5, maddə 962, ¹ 6, maddə
1203, ¹ 10, maddə 2003; 2019, ¹ 4, maddə 626) 3.2-ci bəndinə
"34.1,” rəqəmlərindən sonra "35.1,” rəqəmləri
əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Cəzaların
İcrası Məcəlləsinin
35.1-ci maddəsinə uyğun
olaraq ictimai işlər növündə
cəza çəkən
şəxslərin elektron
nəzarət vasitəsindən
istifadə etmə qaydasını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
iki ay müddətində
təsdiq etsin;
2.2. "Azərbaycan
Respublikasının Cəzaların
İcrası Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2020-ci il
29 iyun tarixli 146-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 avqust 2020-ci il
Azərbaycan.- 2020.- 12 avqust.-
S. 3.