“Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar)
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2020-ci il 30 iyun tarixli 157-VIQD nömrəli
Qanununun tətbiqi və “Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və
fondlar) haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Qeyri-hökumət
təşkilatları (ictimai
birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 30 iyun tarixli 157-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. "Qeyri-hökumət
təşkilatları (ictimai
birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 10, maddə 716; 2009, ¹ 12, maddə 988; 2010, ¹ 11, maddə
966; 2013, ¹ 7, maddə 808; 2014, ¹ 7, maddə 819; 2015, ¹ 5, maddə
529) 2.4-cü bəndinin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 2.5-ci bənd
əlavə edilsin:
"2.5. həmin
qanunun 16.2-1-ci, 16.2-2-ci və
24-3-cü maddələrində "müvafiq icra hakimiyyəti orqanının
elektron məlumat sistemi” dedikdə Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
"Fərdi elektron pəncərə” elektron məlumat sistemi nəzərdə tutulur.”
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti "Qeyri-hökumət
təşkilatları (ictimai
birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 30 iyun tarixli 157-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 avqust 2020-ci il
Azərbaycan.- 2020.- 12 avqust.- S. 3.