“Sosial təminatı
və müdafiəni həyata keçirən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2020-ci il 7 avqust tarixli 160-VIQD
nömrəli Qanununun tətbiqi və “Sosial təminatı və
müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
2020-ci il büdcəsi haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 29 noyabr tarixli 1697-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 16 dekabr tarixli 881 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, "Sosial təminatı və müdafiəni
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
2020-ci il büdcəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2020-ci il 7 avqust tarixli 160-VIQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. "Sosial təminatı və
müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
2020-ci il büdcəsi haqqında” Azərbaycan
Respublikasının 2019-cu il 29 noyabr tarixli 1697-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 16 dekabr tarixli 881 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 12,
maddə 1924) 1.1-ci və 1.2-ci bəndlərində "və
3-cü hissəsində” sözləri ", 3-cü və
4-cü hissələrində” sözləri ilə əvəz
edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti "Sosial təminatı və müdafiəni
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
2020-ci il büdcəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2020-ci il 7 avqust tarixli 160-VIQD
nömrəli Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
12 avqust 2020-ci il
Azərbaycan.-
2020.- 13 avqust.- S. 5.