Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (I kitab),
maddə 202, ¹ 3, maddələr
397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654,
¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr
1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, ¹
12, maddələr 1984, 2000, 2009, 2024, 2049;
2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr
147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5,
maddələr 698, 701, 734, 749, 754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979, ¹ 12 (I kitab), maddələr 2214,
2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə
19, ¹ 2, maddələr 160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404, ¹ 4, maddə
646, ¹ 5, maddələr 857, 860, 862, 876, 883,
¹ 6, maddələr 1153, 1168, ¹ 7 (I kitab), maddələr 1435,
1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr
4, 6, 15, 18, 44, ¹ 3, maddələr 374, 389, ¹
4, maddələr 579, 581, 587, 595, ¹ 5, maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992, 998, 1007, ¹ 7, maddə
1193, ¹ 8, maddələr 1364, 1367, 1368, 1381,
1383, ¹ 11, maddələr 1682, 1686, 1696, ¹
12, maddələr 1883, 1900; 2020, ¹ 3, maddə 222; Azərbaycan Respublikasının 2020-ci il
30 mart tarixli 41-VIQD nömrəli,
24 aprel tarixli 62-VIQD nömrəli, 1 may tarixli
69-VIQD nömrəli, 8 may tarixli
94-VIQD nömrəli, 2 iyun
tarixli 124-VIQD nömrəli
qanunları) aşağıdakı
məzmunda 370-2-ci maddə
əlavə edilsin:
"Maddə
370-2. Telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların
müəyyən edilmiş
müddətdə cavablandırılmaması
370-2.1. Telekommunikasiya
operatoru və provayderi tərəfindən
müvafiq icra hakimiyyəti orqanının,
habelə məhkəmələrin
və ya hüquq mühafizə orqanlarının sorğularına
"Telekommunikasiya haqqında”
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
müddətlərdə cavab
verilməməsinə və
tələb olunan məlumatların təqdim
edilməməsinə görə
-
vəzifəli şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan
min beş yüz manatadək məbləğdə
cərimə edilir.
370-2.2. Bu Məcəllənin
370-2.1-ci maddəsində nəzərdə
tutulmuş xətanın
inzibati tənbeh almış şəxs tərəfindən inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində
təkrar törədilməsinə
görə -
vəzifəli şəxslər
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi
şəxslər min beş
yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 iyun 2020-ci il
Azərbaycan.- 2020.- 13 avqust.- S.9.