“Telekommunikasiya haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 685; 2006, ¹ 11, maddə 932; 2007, ¹ 5, maddə 442, ¹ 11, maddə 1053; 2016, ¹ 6, maddə 969, ¹ 12, maddə 1989; 2017, ¹ 3, maddə 346, ¹ 6, maddələr 1024, 1046, ¹ 7, maddə 1266, ¹ 12 (I kitab), maddə 2255; 2018, ¹ 6, maddə 1161; 2019, ¹ 4, maddə 588, ¹ 7, maddə 1177, ¹ 12, maddə 1882) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.19-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.20-ci maddə əlavə edilsin:
"1.0.20. domen adlarının milli inzibatçısı - "az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.”.
2. Aşağıdakı məzmunda 7.10-1-ci maddə əlavə edilsin:
"7.10-1.
"az” ölkə kodlu
yüksək səviyyəli domen
zonasında domen adlarının
qeydiyyatı və onlara texniki
xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) ilə
razılaşdırılmaqla, domen
adlarının milli
inzibatçısı tərəfindən müəyyən
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun
2020-ci il
Azərbaycan.- 2020.- 13 avqust.- S.9.