“Telekommunikasiya
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2020-ci il 29 iyun tarixli 149-VIQD nömrəli
Qanununun tətbiqi və “Telekommunikasiya
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Telekommunikasiya
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2020-ci il 29 iyun tarixli 149-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. "Telekommunikasiya
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 8, maddə
709; 2006, ¹ 5, maddə 404, ¹ 11, maddə 947; 2007, ¹ 6, maddə
601; 2009, ¹ 4, maddə 226; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə
1027; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddələr 374, 382, ¹ 6, maddələr
1066, 1095, ¹ 8, maddə 1521, ¹ 12, maddə 2322; 2018, ¹ 6, maddə
1237; 2019, ¹ 7, maddə 1215) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənddə
"17.2-ci maddəsində və 33.1.9-4-cü maddələrində”
sözləri "7.10-1-ci, 17.2-ci və 33.1.9-4-cü maddələrində”
sözləri ilə əvəz edilsin;
1.2. 2.12-ci bəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.13-cü bənd əlavə
edilsin:
"2.13. həmin
Qanunun 7.10-1-ci maddəsində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur;”.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti "Telekommunikasiya
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2020-ci il
29 iyun tarixli 149-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 avqust 2020-ci il
Azərbaycan.- 2020.- 13 avqust.- S.9.