Azərbaycan
ilə Avropa İttifaqı arasında əlaqələrin
perspektivləri müzakirə olunub
Avqustun 14-də Azərbaycan
Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev
Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi
Kestutis Yankauskas ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Baş Nazirin müavini Şahin
Mustafayev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın
inkişafının ölkəmizin xarici siyasətinin əsas
prioritetlərindən olduğunu bildirib.
Görüşdə Azərbaycanla
Avropa İttifaqı arasında əlaqələrin bir
çox sahələrdə, xüsusilə enerji, investisiya,
ticarət və sair sahələrdə inkişaf etdiyi, Avropa
İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşlarından
olduğu qeyd edilib. Azərbaycanda Avropa İttifaqı ilə
müxtəlif proqramlar və layihələr çərçivəsində
də səmərəli əməkdaşlıq həyata
keçirilir. Bu xüsusda su ehtiyatlarından səmərəli
istifadənin təmin edilməsi və su təsərrüfatının
idarə olunmasının təkmilləşdirilməsi sahəsində
Aİ ekspertləri cəlb edilməklə məlumat və təcrübə
mübadiləsinin aparılması təklif olunub.
Görüşdə, həmçinin
Aİ-Azərbaycan əməkdaşlığının
gündəliyində duran bir sıra məsələlər,
o cümlədən yeni hərtərəfli saziş üzrə
danışıqların davam etdirilməsi və əlaqələrin
perspektivləri müzakirə olunub.
Azərbaycan.-
2020.-15 avqust.- S. 2.