Prezident İlham Əliyev antiböhran
tədbirlərini inamla
reallaşdırır
Dünya iqtisadiyyatının koronavirus pandemiyası ilə bağlı itkiləri qəfil zərbə təsiri bağışlayır və yüz milyardları aşaraq trilyonlarla ölçülür. "Şok effekti verən bu rəqəmin 2020-ci ildə bir trilyon dollardan artıq olacağı gözlənilir”.
Bu ilin fevralında "Oxford Economics”in
analitiklərinin gəldiyi
qənaət belə idi. İlin əvvəlində ekspertlər hesab edirdilər ki, pandemiyanın yeni dalğası baş verərsə, daha ağır nəticələrlə
üzləşmək təhlükəsi
qaçılmaz olacaq.
Mart ayında
isə BMT-nin ticarət və inkişafla bağlı məruzəsində dünya
iqtisadiyyatının itkilərinin
"Oxford Economics”dən fərqli
olaraq iki dəfə artıq - 2 trilyon ətrafında olacağı göstərilirdi.
"Bloomberg” tədqiqatlarında
göstərirdi ki, dünya iqtisadiyyatının
itkiləri enerji daşıyıcıları bazarında
yaranan böhran, müəssisələrin işçilərinin
kütləvi işə
çıxa bilməməsi,
istehsalın bağlanması,
turizmin bir sahə kimi müvəqqəti dondurulması,
nəqliyyatın dayanması,
yüklərin daşınmasının
və investisiya qoyuluşlarının kəskin
azalması ilə bağlı olacaq. Bu ilin aprelində
isə Beynəlxalq Valyuta Fondu pandemiyanın
dünya iqtisadiyyatını
2020-ci ildə 3 faiz azalda biləcəyini elan etdi. "BLOMBERQ” mart ayında bir daha bu
mövzuya qayıdaraq
pandemiyadan yaranan qlobal itkilərin 5 trilyona çatacağını
bildirdi.
Belə mürəkkəb vəziyyətdə
hər dövlət öz yolunu axtarır, yeni iqtisadi kursunu təyin edir. Lakin reallıq
ondan ibarətdir ki, zəiflər çökür və güclülərin qazanmaq
şansı artır.
Azərbaycan da dünyada gedən proseslərdən
kənarda deyil. Ciddi karantin
rejiminin müəyyən
müddət uzadılması
iqtisadi fəallığa
təbii olaraq mənfi təsir göstərmişdir. Hazırda mövsümdən
asılı olan ticarət və iaşə obyektlərinin
fəaliyyətində, məlum
quraqlıq üzündən
kənd təsərrüfatı
sahəsində yeni proqnozlar verilir.
Obyektiv səbəblərə görə,
ölkədaxili və
xaricdən gələn
turizm axınının
dayanması müvafiq
sektorların işini
çətin vəziyyətə
salmışdır. Enerji bazarlarının
da tam bərpa olunmaması obyektiv çətinliklər yaratmaqdadır.
Prezident İlham Əliyev bütün vacib yeni təyinatları zamanı keçirdiyi videoqəbullarda, beynəlxaq
miqyaslı konfrans və tədbirlərdə
vəziyyətlə bağlı
mövqeyini açıqlayır,
qiymətləndirmələr verir, çıxış
yollarını göstərir.
Bu il
avqustun 6-da dövlət
başçısı ölkəmizdə
koronavirus pandemiyası
ilə mübarizə
sahəsində görülən
tədbirlər və
sosial-iqtisadi vəziyyətlə
bağlı keçirdiyi
videoformat çərçivəsindəki
müşavirədə bu
mövzuya bir daha toxunmuş, ən kritik ssenarilərə hazır olmağın vacibliyini dilə gətirmişdir.
Pandemiya dalğasının hələ
geri çəkilməməsinə
baxmayaraq, Azərbaycanda
sosial məsələlər
ardıcıl və sürətlə həll edilir. Prezident bunu belə izah edir: "Biz təqribən
5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət
sektorunda çalışan
900 min insanın böyük
əksəriyyəti faktiki
olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı
alır. 760 min insana
lazımi maliyyə dəstəyi göstərildi
və onların iş yerləri qorundu. Əks təqdirdə 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları
sektorlar pandemiya nəticəsində ən
böyük zərər
görmüş sektorlardır.
Təbii
ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal
bu məsələyə
müdaxilə etdi.
Əlbəttə ki, bu məqsədlər üçün
böyük maliyyə
resursları xərclənibdir”.
Həqiqətən 2020-ci ildə sosial layihələrin həcmi rekord həddə çatmış və onların heç biri yarımçıq qalmamış və ixtisar edilməmişdir. Bu il 7 mindən çox - rekord sayda məcburi köçkün ailəsi
evlərlə, mənzillərlə
təmin olunacaq. Yenə də rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin
ediləcək.
Azərbaycan Prezidenti,
həmçinin pandemiya
şəraitində biznesə
ciddi dəstək verilməsi üçün
konkret tədbirlər
görür. Bu il yazın əvvəlində koronavirus
pandemiyasının dünyanın
enerji bazarlarında törətdiyi şoklar bütün ölkələri
silkələdi. Yaranmış vəziyyət yeni düşüncə tərzinin,
fərqli və operativ iqtisadi addımların atılması
zərurətini yaratdı.
Bütün dünya miqyasında
iqtisadiyyatın bir çox sahələrində
böhran yarandı, əksər ölkələr
və nəhəng şirkətlər ağır
zərbələrə məruz
qaldılar.
Belə mürəkkəb şəraitdə Azərbaycan Prezidenti cəsarətli iqtisadi qərarlar verdi. Belə ki, ölkə iqtisadiyyatının qısamüddətli və ortamüddətli tədbirlər planının hazırlanmasına start verildi, iqtisadiyyat üzrə işçi qrupun proqramı təqdim edilərək təsdiqləndi. Bununla ölkədə makroiqtisadi sabitliyin qorunması üçün zəmin yaradıldı. Operativlik, çeviklik isə büdcə gəlirlərini ilin birinci yarısında tam icra etməyə və valyuta məzənnəsini sabit saxlamağa imkan verdi. Bunlardan əlavə, sosial infrastruktura qoyulan sərmayələrin həcmi qorunaraq icra olundu, dövlətin xarici və daxili borcu artmadı. Həmçinin vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə əksini tapdı, ipoteka proqramının genişlənməsinə dair tədbirlər həyata keçirildi, dövlət sektorunda fəaliyyət göstərən və bir sıra digər müəssisələrə iqtisadiyyata dəstək proqramı çərçivəsində kömək göstərildi.
Bununla belə, Prezident müşavirədəki yekun nitqində mövcud nöqsanlardan da danışdı: "...özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq”.
Göründüyü kimi, Prezident haqlı olaraq hesab edir ki, dövlət şirkətlərinin normal korporativ idarəetmə əsasında işləməmələri yolverilməzdir.
Bahadur İMANQULİYEV
Azərbaycan.-
2020.- 15 avqust.- S.1; 3.