Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərinin iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılması üçün idarəetmənin təkmilləşdirilməsinə ehtiyacın olduğunu bildirib Nazirlər Kabinetinə müvafiq işlərin görülməsi üçün tapşırıq verib. Prezident İlham Əliyev avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılması Nizamnaməsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Avqustun 12-də isə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının (AİH MŞ) tərkibi təsdiq edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, avqustun 14-də AİH MŞ-nin sədri, Baş Nazir Əli Əsədovun rəhbərliyi Şura üzvləri - Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Şahmar Mövsümovun, Natiq Əmirovun, İqtisadiyyat naziri Mikayıl Cabbarovun Maliyyə naziri Samir Şərifovun iştirakı ilə ilk iclası keçirilib.

Müşahidə Şurasının sədri üzvləri göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqlar - korporativ idarəetmənin təşkili, səmərəli şəffaf fəaliyyət, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini bəzi təşkilati məsələlər müzakirə olunub. Verilən tapşırıqların vaxtında tam həcmdə icra olunması əsas tələb kimi qarşıya qoyulub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov AİH-nin təşkilati məsələləri funksional fəaliyyət istiqamətləri barədə çıxış edib.

Müşahidə Şurasının sədri AİH-nin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı tapşırıqlar verib.

 

Azərbaycan.- 2020.- 15 avqust.- S.3.