Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb

 

Bəyanatda deyilir: "Ermənistan KİV-lərində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarmastrukturlarınınXankəndindən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb. Şuşa Azərbaycan üçün böyuk tarixi mənəvi əhəmiyyətə malik bir şəhərdir onun əsasının qoyulmasının 270 illiyi ərəfəsində işğalçı Ermənistanın növbəti təxribat cəhdini pisləyirik.Biz belə təxribatların dəfələrlə şahidi olmuşuq. Bir müddət öncə Şuşanın Yuxarı Gövhər Ağa Məscidinin arxitekturasının təhrif edilərəkİran məscidi”, rus kilsəsinin təhrif olunaraqerməni kilsəsikimi qələmə verilməsi bu qəbildən olan təxribatlardan idi.

Bundan başqa, Ermənistan rəhbərliyi bir neçə ay əvvəl Şuşada qondarmainaqurasiyaşousu təşkil etmişdi.Mütəmadi xarakter almış belə addımlar münaqişənin tənzimlənməsinə mane olmaqdan başqa heç nəyə xidmət etmir və beynəlxalq ictimaiyyət tərəfindən kəskin surətdə qınanmalıdır.Ermənistanın bu kimi təxribatçı və azğın əməlləri heç vaxt bizim öz ata-baba yurdlarımıza qayıtmaq əzmimizi qıra bilməyəcək.Dağlıq Qarabağın etnik təmizləməyə məruz qalmış azərbaycanlı icması torpaqlarımıza qayıdaraq Azərbaycan Respublikasının suverenliyinin təcəssümü olan qurumları təşkil edəcək".

 

Azərbaycan.- 2020.- 15 avqust.- S.3.